BolgeXeber.Com » Bölgə » Su idarəsi müdirindən müdhiş saxtakarlıq - Daşkəsəndə

Su idarəsi müdirindən müdhiş saxtakarlıq - Daşkəsəndə

20-04-2015, 14:44
Oxunub: 2 561 Su idarəsi müdirindən müdhiş saxtakarlıq - DaşkəsəndəDaşkəsəndə Su İdarəsi müdirinin qanunsuz əməlləri barəsində yeni məlumatlar var. Tia.az-a verilən məlumata görə, Pənah Əhmədov rayonda Qarabağ əlilləri üçün nəzərdə tutulan 3 otaqlı mənzili saxta sənədlərlə özəlləşdirib.

Xəbərdə deyilir: “Rayonda ancaq İcra Hakimiyyətinə və onun müavini Namiq özünə 3 mərtəbəli əyləncə mərkəzi tikir. Nəzərə alsaq ki, son 10 ildə burada olan H.Əliyev parkına 15 milyon manat xərclənib.
H.Əliyev mərkəzi təzədən təmir edilir.
Əgər nəzərə almasaq ki, bu binaya son 8 ildə 10 milyon manat xərclənib, H.Əliyev küçəsində təzədən hasarlar təmir edilir. Təmirli hasarlar, səkilər sökülüb təzədən tikilir. Bu da külli-miqdarda pulun havaya sovrulmasıdır ki, rayonun digər küçə və məhəllələri nə asfalt, nə təmir gedir”.
Bolgexeber.com