BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda "Xaricə Təhsil" adlı sərgi keçirildi-VIDEO

Bakıda "Xaricə Təhsil" adlı sərgi keçirildi-VIDEO

20-04-2015, 17:59
Oxunub: 4 104 Bakıda "Xaricə Təhsil" adlı sərgi keçirildi-VIDEOBTV xəbər verir ki,aprelin 19-da Bakıda 50-dən çox xarici ali təhsil müəssisələrinin iştirakı ilə sərgi keçirilib . 2 gün davam edən sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verilir. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet və dil məktəblərində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, üstünlüklər və s. məsələlərlə bağlı sualları cavablandırıblar . Akare şirkətinin ortağı Nazim Özsoylunun sözlərinə görə, bu cür təhsil sərgilərinin keçirilməsi iki ölkənin inkişaf edən təhsil əlaqələrinə təkan verməklə yanaşı, şagirdlərin və tələbələrin universitetlər haqqında daha ətraflı məlumat əldə etmələrinə şərait yaradır . Qeyd edək ki, sərgidə universitetlərə birbaşa sənəd qəbulu da həyata keçirmək mümkün olub.
BOLGEXEBER.COM