BolgeXeber.Com » Bölgə » İcra başçısı Beyləqanda pay torpağı qoymadı

İcra başçısı Beyləqanda pay torpağı qoymadı

21-04-2015, 10:12
Oxunub: 2 707 İcra başçısı Beyləqanda pay torpağı qoymadıBeyləqanda məmur özbaşınalığı pik həddə çatıb

İcra başçısı Vaqif Abdullayev pay torpaqlarını mənimsəyib, müxtəlif iş adamlarına satıb.Tia.az-ın məlumatına görə, icra başçısı rayonda pay torpağı qoymayıb. Ayrı-ayrı iş adamlarına villa tikmələri, istirahət-əyləncə mərkəzləri yaratmaları üçün bu sahələr qanunsuz olaraq satılıb. Bu zaman əsl torpaq sahiblərinin hüquqları tapdanıb. Sənədlə yerli əhaliyə məxsus olan pay torpaqlarının bir hissəsində ayrı-ayrı imkanlı şəxslər özlərinə ya villa ucaldıblar, ya da istirahət mərkəzi, obyekt tikdiriblər. Kənddə torpaq islahatları komissiya üzvləri tərəfindən bilərəkdən düzgün aparılmayıb və başqa prinsiplər üzrə həyata keçirilib.
BOLGEXEBER.COM