BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda ev uçdu: xəsarət alan var - VİDEO

Bakıda ev uçdu: xəsarət alan var - VİDEO

21-04-2015, 11:27
Oxunub: 2 678  Bakıda ev uçdu: xəsarət alan var - VİDEOAilənin kiçik gəlini belinə daş düşməsi nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib

Bakıda aparılan tikinti işləri zamanı fərdi evlərdən birinə ciddi ziyan dəyib. Evin divarı tamamilə uçulub. 10 nəfərdən ibarət ailə isə küçələrdə qalmağa məcbur olub.
Bakının Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 24 ünvanında yaşayan ev sahibləri mənzillərinin yaxınlıqda çoxmərtəbəli binanın tikilməsi zamanı uçduğunu iddia edirlər. Deyirlər ki, bir neçə gün bundan əvvəl tikinti işləri aparılan zaman divarların titrəməsi barədə inşaatçı tikinti şirkətinə dəfələrlə xəbərdarlıq ediblər. Amma heç bir tədbir görülməyb.
Ötən gün isə ev sahibləri səhəri faciə ilə açıblar. Dağıntı səsinə ayılan sakinlər güclə ölümdən yaxa qurtara bilsələr də baş verən hadisə, xəsarətsiz ötüşməyib. Ailənin kiçik gəlini belinə daş düşməsi nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
“Gördüm ki, evin divarının bir hissəsi uçur, gəlin isə iki uşaqla yerində donub qalıb. Tez uşağı qırağa çəkib gəlinə kömək etdim. Bu an gəlin huşunu itirib yerə yıxıldı. İndi belə bir vaxtda çöldə qalmışıq, hara gedəcəyimizi isə bilmirik”, – deyə ev sahibi Rahilə Sadıqova bildirib.
Dağıntı nəticəsində evdə olan əşyalar da yararsız vəziyyətə düşüb. Ev sahibləri isə qonşu və qohumların evlərində qalmağa məcbur olublar. Zərərçəkən ailə onlara dəyən zərərin ödənilməsini tələb edir.
“Bir neçə gündür ki, şirkət ərazidə qazıntı işləri aparır. Onların nəzərinə çatdırdım ki, bəs evimiz silkələnir, evdə körpə uşaq var. Onlara sual verdim ki, evimiz uçsa, buna cavabdehsiz? Dedilər ki, iş dayandırılıb. Hazırda ərazidə aparılan işlər nəticəsində evlərin bütün divarları çatlayıb”, – deyə ev sahibi Aynurə Sadıqova qeyd edib.
Ümid edək ki, müvafiq qurumlar və hadisənin baş verməsində günahlandırılan tiknti şirkəti bu ailənin faciəsinə biganə qalmaz və tezliklə problemi həll edərlər.ans