BolgeXeber.Com » Bölgə » Bərdə icra başçısı Yeni Daşkənddə səyyar görüş keçirib-FOTO

Bərdə icra başçısı Yeni Daşkənddə səyyar görüş keçirib-FOTO

21-04-2015, 12:09
Oxunub: 3 688 Bərdə icra başçısı Yeni Daşkənddə səyyar görüş keçirib-FOTOBərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonun Yeni Daşkənd kəndində əhali ilə səyyar qəbul-görüş keçirib

İH-dən BOLGEXEBER.COM-a daxil olan məlumata görə, səyyar qəbul-görüşü açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı V.İsayev Bərdə rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb. Bildirib ki, ölkə prezidenti İlham Əliyevin Bərdəyə növbəti tarixi səfəri zamanı burada gedən tikinti-abadlıq, quruculuq işlərindən razi qalması bütün bərdəlilərdə böyük ruh yüksəkliyi yaratmış, rayonda bu sahədə həyata keçirilən işlərin daha geniş vüsət almasına stimul vermişdir.bundan sonra da davam etdiriləcək. Keçirilən qəbul-görüşdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilmiş, onların həlli istiqamətində elə yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Səyyar qəbul-görüşdə Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, KİV nümayəndələri iştirak ediblər. Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digərlər məsələlər isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılıb.
BOLGEXEBER.COM