BolgeXeber.Com » Ölkə » Ağdam Dövlət Sosial-İqtisad Kollecində acınacaqlı vəziyyət-ŞİKAYƏT

Ağdam Dövlət Sosial-İqtisad Kollecində acınacaqlı vəziyyət-ŞİKAYƏT

21-04-2015, 13:02
Oxunub: 12 639 Ağdam Dövlət Sosial-İqtisad Kollecində acınacaqlı vəziyyət-ŞİKAYƏTTəhsil Nazirliyinin (TN) tabeliyində olan Ağdam Dövlət Sosial-İqtisad Kollecində ciddi nöqsanlar mövcuddur

Bu barədə redaksiyamıza kollecdə təhsil alan tələbələrdən biri məlumat verib. Adının gizli qalmasını xahiş edən tələbənin verdiyi məlumatda bildirilir ki, kollecin direktoru Natiq Cavadov təhsil müəssisəsini tamamilə acınacaqlı vəziyyətə salıb. Tələbənin sözlərinə görə, kollecdə yaradılan şəraitdən narazı deyillər, amma direktorun qanuna sığmayan əməlləri onları təhsildən soyudub: "İnsaf naminə qeyd etmək istəyirəm ki, kollecdə dövlət tərəfindən hər cür şərait yaradılıb. İbtidai təhsil, incəsənət və rəsmxətt, nəqliyyatda daşınmaların və idarəetmənin təşkili, maliyyə və vergi hüququ ixtisasları üzrə təhsil alan tələbələrin əksəriyyəti direktorun işindən narazıdır. Çünki o, işini düzgün şəkildə təşkil edə bilmir. Ağdam Dövlət Sosial-İqtisad Kollecinə daxil olmamışdan öncə bu təhsil ocağı haqda tamam başqa təsəvvürdə idim. Amma kollecdə təhsil almağa başlayandan sonra yanıldığımı gördüm. Köhnə direktorun vaxtında da problemlər var idi. Yeni direktor təyin olunandan bu yana həmin problemlərin heç biri həll edilməyib. Kollecdə keyfiyyətli təhsil sistemindən əlamət belə yoxdur. Direktor bütün tələbələrdən nəsə umur. Kollecdə pis oxuyanla yaxşı oxuyana fərq qoyulmur. Hər iki kateqoriyanın nümayəndələrindən istər imtahanlarda, istərsə də digər məsələlərin həllində pul yığılır. Fərq yalnız ondan ibarətdir ki, oxumağa cəhd göstərən tələbələr oxumayan tələbələrə nisbətən daha az xərcə düşürlər. Ümumilikdə isə, imtahan sessiyaları tələbələr üçün ağır keçir. Əksər hallarda ixtisas rəhbərlərinin tələb etdiyi "şirinlik" bizi qane etmir. Elə məbləğ deyirlər ki, bunu verməyə gücümüz çatmır. Nə qədər etirazımızı bildirsək də, heç bir xeyri olmur. Müəllimlərimiz deyir ki, direktorun tapşırığı var və kim deyiləni etməsə, kəsirə qalacaq. Natiq müəllimin əsas qazanc mənbəyindən biri də qayıblar və qiyabi təhsil alan tələbələrin hesabınadır. Belə ki, qiyabi təhsil alan tələbələr onlar üçün müəyyən edilmiş tədris dövründə bir gün də olsa dərsə gəlmirlər. Bunun qarşılığında kollecin rəhbərinə "görüm-baxım" edirlər. Qayıb həddini keçən tələbələr də ənənəvi üsullardan istifadə edir. Qayıbın silinmə "cədvəli"ni isə sözsüz ki, direktor müəyyənləşdirir. Bir sözlə, kollecdəki bütün qanunsuzluqlar Natiq müəllimin nəzarəti altında həyata keçirilir. Direktorun başqa tarifləri də var. Məsələn, dərsə 5 dəqiqə gecikən hər tələbə ya geri qaytarılır, ya da müəyyən miqdarda "cərimələnir". Halbuki, təhsil müəssisələrində dərsə gecikməyə görə cərimə tətbiq olunmur. Bu, Natiq Cavadovun Ağdam Dövlət-Sosial İqtisad Kollecinə gətirdiyi "yenilik"dir. O, həyata keçirdiyi bir çox qanunsuz işi Təhsil Nazirliyi ilə bağlayır. Direktor deyir ki, imtahan sessiyalarından, həmçinin digər işlərdən əldə olunan gəlir təkcə ona qalmır və yığılan vəsaitin böyük hissəsi nazirliyə göndərilir. Biz dəfələrlə nazir Mikayıl Cabbarovdan eşitmişik ki, təhsil ocaqlarında heç bir tələbədən imtahan və digər ödənişlər üçün pul yığılmamalıdır. Görəsən, kollec rəhbəri bizdən aldıqlarını həqiqətən də, nazirliyə göndərir, yoxsa?". Verilən məlumata görə, kollecdəki korrupsiya halları, özbaşınalıqlar, maxinasiyalar, mənimsəmə faktları, dərsdən yayınmalar, müxtəlif insidentlər, o cümlədən müəllim-direktor qarşıdurmaları təhsilin bərbad vəziyyətə düşməsinə zəmin yaradıb. Deyilənlərdən bu qənaətə gəlirik ki, Natiq Cavadov vəzifəsindən başqa məqsədlər üçün istifadə edərək dövlət büdcəsi hesabına maliyyələşən təhsil müəssisəsini şəxsi gəlir mənbəyinə çevirib. Bu səbəbdən Ağdam Dövlət Sosial-İqtisad Kollecində tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız maliyyə məsələlərinin müqabilində qiymət almağın mümkünlüyünü görən tələbələr təbii ki, dərslərə davamiyyətə də məhəl qoymurlar. Odur ki, Təhsil Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları vaxt itirmədən sözügedən təhsil ocağında yoxlama aparmalı və direktorun qanunsuz hərəkətlərinin qarşısı alınmalıdır. buda basqasi Mikayıl Cabbarovun bir neçə ay əvvəl vəzifəyə qoyduğu Natiq Cavadov ümidləri doğrulda bilmir Direktorun bəzi qanunsuzhərəkətləri müəllim vətələbə kollektivini bezdirib Bildiyiniz kimi, dövlət tərəfindən təhsilə böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsi olaraq son illər ölkə ərazisində yüzlərlə məktəb binası təmir edilib, yeni məktəblər tikilib və hər cür avadanlıqlarla təchiz olunub. Buna baxmayaraq, bəzi təhsil müəssisələrində təhsilin səviyyəsi hələ də aşağıdır. Buna misal olaraq Ağdam Dövlət Sosial-İqtisadi Kollecini göstərmək olar. Kollecdə yaşanan qanun pozuntuları ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Amma mətləbə keçməmişdən öncə bildirmək istəyirik ki, Quzanlı qəsəbəsində fəaliyyət göstərən Ağdam Dövlət Sosial-İqtisadi Kolleci 2 mərtəbəli binada yerləşir. Kollecdə tələbələrin yüksək səviyyədə təhsil alması üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Burda ibtidai təhsil, incəsənət və rəsmxətt, nəqliyyatda daşınmaların və idarəetmənin təşkili, maliyyə və vergi hüququ ixtisasları üzrə tədris prosesi aparılır. Adının çəkilməməsini xahiş edən mənbənin sözlərinə görə, bir neçə ay əvvəl kollecə direktor təyin edilən Natiq Cavadov işini düzgün şəkildə təşkil edə bilmir: "O əvvəllər Gəncə Aqrar Universitetində işləyib. Təhsil Nazirliyindəki adamlarının köməyi ilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib. Lakin onun bu neçə ay ərzindəki fəaliyyəti elə də ürəkaçan olmayıb. Çünki təhsil ocağında hələ də köhnə problemlər, daha doğrusu köhnə "qaydalar" hökm sürür. Təhsilin göstəriciləri çox aşağıdır. Son zamanlar bu təhsil ocağında baş verən özbaşınalıqlar, qanunsuz əməllər kollecin imicinə xələl gətirib. Dərsə davamiyyəti olmayan, imtahanlarda iştirak etməyən tələbələrə onlardan nəysə alınmaqla qiymət yazılır. Kollecin fəaliyyəti ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara cavab vermir. Bəzi tələbələrin jurnalda adı var, amma semestr ərzində bir dəfə də olsa dərsə gəlmirlər. Direktor və şöbə müdirləri bu kimi hallara hansısa maraqlarının təmin olunması əvəzində göz yumurlar. Heç bir tələbə özünü əziyyətə salıb dərs oxumur. Müəllimlərin bir çoxu dərs vaxtı dərsə aidiyyəti olmayan söhbətlər edir, tələbələr isə ya telefonla oynayır, ya da bir-birləri ilə söhbət edirlər. Kollecdə normal dərs deyən, yəni peşə borcunu qüsursuz yerinə yetirən 3-4 müəllim var. Yalnız həmin müəllimlər pedaqoq kimi öz peşələrinə layiqincə xidmət edir, vəzifələrini tam şəkildə icra etməyə çalışırlar. Qalanları isə ancaq nə yolla olursa-olsun, tələbələrdən nəysə qoparmağı düşünürlər. Ağdam Dövlət Sosial-İqtisadi Kollecində oxuyub öz savadı ilə qiymət almaq istəyən tələbəyə pis baxırlar. Natiq müəllim kollecdə təhsilin inkişaf etməsi üçün lazım olan işləri görmür. Şöbə müdirləri, habelə bəzi müəllimlər direktora ən yaxın şəxslər hesab edilir. Bunun səbəbi isə odur ki, Natiq Cavadov özünəməxsus "üsulları" məhz şöbə müdirləri və müəllimlərin vasitəsilə tətbiq edir". Natiq Cavadovun tələbələrin yüksək səviyyədə təhsil almasına şərait yaratmadığını deyən mənbə bildirdi ki, direktor nazir Mikayıl Cabbarovun ona bəslədiyi ümidləri doğrultmayıb: "Ağdam Dövlət Sosial-İqtisadi Kollecində problemlər köhnədən var idi. Mikayıl müəllim kollecə yeni direktor təyin etdi ki, savadlı tələbələr yetişsin və cəmiyyətə peşəkar kadrlar hazırlansın. Əfsus ki, Natiq müəllim ona həvalə olunan işlərin öhdəsindən layiqincə gələ bilmir. Natiq Cavadov heç bir tələbəni və müəllimi razı salmayan sistem yaradıb. O, təhsil ocağındakı bütün gəlir mənbələrini nəzarət altında saxlayır və ordan əldə olunan gəlirlərin başqa istiqamətə getməsinə imkan vermir. Tələbələrin təqaüdləri, kollecin yeməkxanası və müəllimlərin dərs saatı kimi məsələlər direktorun diqtəsi altındadır. Bu gedişlə kollecdə təhsilin səviyyəsi daha da bərbad hala düşə bilər". İnanmaq istərdik ki, Təhsil Nazirliyinin rəhbərliyi və aidiyyəti dövlət qurumlarının məsul şəxsləri Ağdam Dövlət Sosial-İqtisadi Kollecində cərəyan edən neqativ halları araşdırıb direktor barəsində bir ölçü götürəcəklər. gundelik-baku
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.