BolgeXeber.Com » Ölkə » Şamaxıda növbəti biabırçılıq: Qadın müəllimələrə torpaq yaydırırlar
Şamaxıda növbəti biabırçılıq: Qadın müəllimələrə torpaq yaydırırlar
21-04-2015, 15:46
Oxunub: 3 898
Şamaxıda daha bir biabırçı hadisə yaşanıb. Jam.az-a məlumat verən rayon sakinlərinin bildirdiyinə görə, şəhərdə aparılan abadlıq və quruculuq işlərində fəhlələrin adına pul yazılsa da, onlardan deyil, büdcə təşkilatlarının işçilərindən istifadə olunur.
Məlumatda vurğulanır ki, artıq bir neçə gündür Şamaxı orta məktəblərində dərs deyən qadın müəllimələr torpaq yayılması prosesinə cəlb edilib. Ağır fiziki işə qadın müəllimələrin cəlb edilməsinin səbəbi isə işçi qüvvəsi kimi qeydə alınmış fəhlələrə veriləcək pulların mənimsənilməsidir.
Verilən məlumatda o da vurğulanır ki, belə bir göstəriş icra başçısı Asif Ağayev tərəfindən verilib. Və rayonun rəhbəri tələb edib ki, Bakıda keçiriləcək Birinci Avropa Yay Oyunları ərəfəsində qənaət etmək lazımdır. Avropa Oyunları üçün pula qənaətin edilməsinin mahiyyətini isə heç kim başa düşmür.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə