BolgeXeber.Com » Şou-Biznes » “Eurovision-2012”də həftənin qalibi Adil Baxışlı olub

“Eurovision-2012”də həftənin qalibi Adil Baxışlı olub

8-01-2012, 17:30
Oxunub: 5 344 Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 6-cı həftəsinin qalibi seçilib

Bolgexeber.com-un məlumatına görə, İctimai Teleradionun canlı efirində Azərbaycanı 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsil etmək istəyən 8 nəfər 5 gün müddətində yarışıb. İştirakçılar bu müddət ərzində öz perfomanslarını tamaşaçılar və münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Həm münsif üzvlərinin, həm də tamaşaçıların səsverməsi ilə Adil Baxışlı həftənin birincisi olub. Həftənin 2-si Bəxtiyar Qasımov, 3-sü Ramilə Muradova, 4-sü Habil Əhmədov, 5-si Orxan Əfəndi, 6-sı Elgiz Məmmədov, 7-si Cahangir Qasımzadə və 8–si Vlada Axundova olub. Bu həftə yarışmalı olan 9-cu iştirakçı Səbinə Babayeva isə səhhətindəki problemlərdən dolayı növbəti həftələrdə yarışacağı gözlənilir. Bu həftə yarımfinala vəsiqə qazanan Adil Baxışlı ötən ilki seçimlərdə də iştirak etmişdi. Lakin o, növbəti mərhələyə vəsiqə qazanmamışdı.

Qeyd edək ki, iştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur. Daha 3 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Artıq altı yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov və Adil Baxışlıdır. Finalda isə milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Milli seçimlərin canlı efirinə iki həftədən sonra yekun vurulacaq.

/Saraya Səfərəliyeva/Bolgexeber.com/