BolgeXeber.Com » Ölkə » Sıradan vətəndaşların qara kabusu: "Binəqədi Oil"... - Yeni söküntü həyəcanı...

Sıradan vətəndaşların qara kabusu: "Binəqədi Oil"... - Yeni söküntü həyəcanı...

21-04-2015, 15:52
Oxunub: 3 537 Sıradan vətəndaşların qara kabusu: "Binəqədi Oil"... - Yeni söküntü həyəcanı...Söhbətlərə görə, sakinlərin evlərindən çıxarılması tələblərinin arxasında Binəqədi dairəsində irimiqyaslı tikinti işləri aparan sahibkarlardan biri durur

Bir neçə il əvvəl Binəqədi qəsəbəsinin mərkəzində, mədən küçəsində yaşayan bəzi sakinlərin yaşadıqları evlərdən çıxarıla biləcəkləri ehtimalı ilə müəyyən narahatlıqlarla üzləşməsi barədə mətbuatda yazılar getmişdi.

Buna səbəb kimi mədən küçəsinin neft şirkətinə aid olması iddiaları göstərilirdi. "Mədən" küçələrinin bol olduğu Binəqədidə bu ərazilərin demək olar ki, hamısı "Binəqədi OİL Company" şirkətinin maraq dairəsində yerləşir. Artıq qanunsuz tikilələrə qarşı saysız iddialar irəli sürmüş şirkəti kontrakt üzrə ona aid edilən ərazilərdə məskunlaşmış vətəndaşları evlərindən çıxarmaq iddialarında deyəsən israrlı görünür. Əvvəllər Binəqədi kəndini və ətraf əraziləri hədəfə götürmüş bu adamlar indi də nəzərlərini Binəqədi dairəsinin mədən küçəsinə aid hissəsinin bir neçə addımlığında yerləşən evlərə salıb. Ərazidə yaşayan sakinlərlə söhbət zamanı məlum oldu ki, onların yaşadıqları evlərə sənədlər "Azneft" tərəfindən hələ 1940-50-ci illərdə verilib. Buna baxmayaraq heç bir əsaslı səbəb göstərilmədən vətəndaşlara qarşı mülki iddialar irəli sürülüb. Bu iddiaların nə ilə nəticələnəcəyi qabaqcadan məlum olmasa da, bircə onu demək olar ki, sanki hər dəfə sadə vətəndaşların haqsız incidilməsi yoluna üstünlük verilib. Hərçənd o da məlumdur ki, dövlət başçısı paytaxtın müxtəlif yerlərində narahatlıqla müşahidə edilən bu məsələ ilə bağlı mövqeyini açıqlayaraq əhalinin incidilməsinə son qoyulmasını dəfələrlə tələb edib.

Söhbətlərə görə, sakinlərin evlərindən çıxarılması tələblərinin arxasında Binəqədi dairəsində irimiqyaslı tikinti işləri aparan sahibkarlardan biri durur. Əldə etdiyimiz məlumata görə, sakinlərin evlərindən didərgin salınmasına çalışan, bu işdə xüsusi canfəşanlıq göstərən yaxınlıqdaki "Favorit" adlandırılan obyektin sahibi ilə "Binəqədi OİL Company" şirkəti arasında qeyri-rəsmi anlaşmadır. Həmin anlaşmaya görə, "Favorit"in ətrafının xırda "samostroyka"lardan təmizlənməsi nəzərdə tutulur. Bu məsələ ilə bağlı çoxsaylı məhkəmə davaları isə bitmir. Qeyd edək ki, "Binəqədi Oyl Company" şirkəti "Azneft" İB və "Binəqədineft" NQÇİ-nin bazasında 2005-ci ildə yaradılmışdır. Şirkətin kontrakt zonasına Binəqədi, Qirməki, Sulutəpə, Şabandağ, Çaxnaqlar, Masazır kimi sahələr daxildir . Şirkətə ayrılmış ümumi mədən ərazisi 4400 hatəşkil edir. Bu ərazidə 3 mədən fəaliyyət göstərir. Yataqların işlənmə tarixi 100 ildən artıqdır.