BolgeXeber.Com » Fotoqalereya » Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO

Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO

21-04-2015, 18:14
Oxunub: 25 987 Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO“Xaricdə yaşasaydım özümə heç bir məhdudiyyət qoymazdım”.

Bolgexeber.com oxu.az-a istinadən gənc, gözəl, istedadlı, son zamanlar sevilib populyarlaşan aktrisa Pərvin Abıyeva ilə müsahibəni təqdim edir:
-Tez-tez sosial şəbəkədə paylaşdığınız şəkillərlə və yeni fotosessiyalarınızla gündəmə gəlirsiniz. Model kimi də çalışmaq istərdiniz?

-Heç vaxt model kimi çalışmaq arzusunda olmamışam. Bəzən məni səhvən model-aktrisa kimi təqdim edirlər. Bu, mənə xoş gəlmir. Ümumiyyyətlə, model sözündən xoşum gəlmir. Məni çox hallarda Pərvin Abıyeva adlı modellə səhv salırlar. Mən heç bir gözəllik müsabiqəsində iştirak etməmişəm. Sadəcə, “Özünə bax” yarışmasında iştirak edərək layihənin qalibi olmuşam.
-Müsahibləriniz birində demisiniz ki, maraqlı ssenari olarsa açıq-saçıq səhnələrdə çəkilə bilərsiniz. Deməli, həm sənətdə, həm də həyatda komplekssiz birisiniz...

-Nədənsə, həmişə jurnalistlər sözlərimi bəzəyib-düzəyirlər. Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam. Sadəcə, öpüşmə səhnəsi ola bilər. Hansı ki, bu, qardaş Türkiyədə də normal səhnə kimi təqdim olunur. Əcnəbi dövlətdə yaşasaydım mən də bütün aktrisalar kimi çəkilərdim. Heyif ki, Azərbaycanda bu qəbul olunmur. Ailəm - atam, anam, qardaşım, nəslim, qohumlarıma görə belə bir şeyə risk etmirəm. İnanıram ki, vaxt keçdikcə, bizim millət də bunu qəbul edəcək. Əcnəbi filmlərə baxanda qəbul edirlər, amma bzizimkiləri qəbul etmirlər. Mən bu düşüncə tərzini başa düşə bilmirəm. Ya yaraşdırmırlar, ya mentaliteti bəhanə gətirirlər, ya da süni görürlər, deyirlər ki, təbii alınmır.
-Sizi nə ilə təəccübləndirmək olar?

Bir insan kiminsə haqqında nəsə daşınır, amma həmin adamı görəndə dəyişir. Deyəndə ki, bayaq belə söz deyirdin, çox qəribə reaksiya verir ki, guya bayaq elə sözlər deməyib. Hətta yalandan and içir. İkiüzlülük məni təəccübləndirir. Mən qırmızı adamam, sözümü deyirəm. Bir də məqamında elə bir hal və yaxud hadisə ola bilər ki, o da məni təəccübləndirə bilər.
-Sizi kənardan müşahidə etdikdə, görünür ki, daha çox oğlanlarla dostluq edirsiniz. Səbəb nədir? Həmcinslərinizə qarşı etibarsızlıq yoxsa hansısa rəfiqənizdən zərbə almısınız?

-Mənim heç vaxt dostluq barəsində bəxtim gətirməyib. Hər zaman ən çox qadınlar tərəfindən zərbə almışam. Öz rəfiqələrimi, yaxın bildiklərimi evlərinin yolunu tanımaya-tanımaya öz evimə gətirmişəm. Amma kənardan müşahidə edənlər dəfələrlə, söyləyiblər ki, filan insan sənə paxıl gözlə baxır. Bu deyilənlərə inanmamışam. Rəfiqələrimdən çox zərbə almışam və almaqda da davam edirəm. Amma bu o demək deyil ki, mənim rəfiqələrim yoxdur. Var, amma bir-iki nəfər. Lakin əvvəlki kimi qızlara etibar etmirəm. Həmin zərbələrdən sonra bir-iki nəfər qardaşım dediyim oğlan dostum var idi ki, onlar da həmin qızlardan daha betər çıxdılar. İndi dostluğa etibarımı itirmişəm. Amma hazırda dost deyə biləcəyim insanlar - rejissor Osman Albayraq, aktyorlar Tural Əhməd, Kamran Ağabalayev, aparıcı Tural Əsədov var.

-Gənc həmkarlarınız arasında intriqa çox olur?

-Aktyorluq sənəti şou-biznesdən, müğənnilərdən çox fərqlidir. Bizdə belə şeylər çox az olur. Bəzi aktrisalar var ki, başqa bir xanımın irəli getdiyini, təklif aldığını görəndə qıcıqlanır. Bu, normal deyil, paxıllıq hisləridir. Kiminsə istedadı varsa, təklif alırsa, mən bunu yaxşı qarşılayıram.

Mənim çox istədiyim gənc həmkarlarım var. Amma heç biri ilə münaqişəm yoxdur. Baxmayaraq ki, hamı deyirki, sən irəlidə gedirsən, ən çox yaddaqalan, sevilən, bir nömrə sənsən. Amma bizim doğurdan da çox sevilən aktrisalarımız var. Yaşlı nəsli bir kənara qoysaq, gənclərdən söhbət gedirsə - Xumar, Könül Cəfərzadə, Nərgiz Zamir, Dəniz Tacəddin, Gülşənin adını çəkə bilərəm.
-Özünüzü oxuculara daha yaxından tanıtrdıra biləcək üç kəlmə ifadə edin…

- Onsuzda son vaxtlar dediyim hər kəlmə məni insanlara səhv tanıtdırır. Bu da mənim günahım ucbatıdan deyil. Hələ bu sənətdə təzəyəm, zaman keçdikcə istəyirəm insanlar özü məni tanısın.
-Həyatınızın ən unudulmaz günü hansı olub? Bunu oxucularla bölüşə bilərsinizmi?
-Mən əslində çox dəli-dolu insanam. Həyatımda pisliyə və yaxşılığa doğru o qədər hadisələr baş verib ki... Heç vaxt unuda bilmədiyim zərbələr almışam: sevdiyim, həyat yoldaşım olacaq insandan, dostum, qardaşım dediyim insandan və bacım qədər istədiyim ən yaxın rəfiqəmdən. O ki qaldı yaxşılığa doğru olan hadisələrə, mənim birdən-birə bu sahəyə gəlməyim və parlamağım mənim üçün unudulmaz gün oldu. Mən qarşıma məqsəd qoydum və dedim ki, mən bunu edəcəm, nə vaxtsa, inşallah, bir nömrə olacam.

-Hazırda irəlilədiyiniz yola tamam ya davam?

-Əlbəttə ki, davam. Heç vaxt dayanmaq yoxdur. Nə vaxtsa bəlkə yorularam o zaman bir müddət ara verərəm. Hal-hazırda düşünürəm ki, bir az ara verim. Çünki bizim millət elədir ki, çox efirdə olanda gözümüz yoruldu, bezdik bunu görməkdən deyir. Amma əslində bu, düz yanaşma deyil. Hər kəsin öz işi, sənəti, peşəsi var. Digər peşə sahiblərinən fərqli olaraq bizim işimiz efirlə bağlıdır. Böyük layihələr olduqda, xaricdən təkliflər gəldikdə calışacam. Amma bir az istirahət etmək lazımdır. Çünki son bir ildir mən dayanmadan layihələrdə iştirak edirəm.
-Sizcə, məşhur qadın sirli olsa yaxşıdır yoxsa yox? Nəyə görə?

-İnsan gərək sirlərini saxlamagı bacarsın. Mən çox ürəyiaçıq insanam. Demək olar ki, sirrim yoxdur. Mənim hər şeyimi hamı bilir. Özümlə bağlı nəsə olan kimi o dəqiqə rəfiqələrimə, dostlarıma deyirəm. Amma başqaları ilə bağlı çox yaxşı sirr saxlamağı bacarıram. Lakin qadın hər şeyini açıb tökməməlidir. Nə qədər sirli olarsansa, bir o qədər də maraqlı olarsan.
-Tələbəlik illərində heç sevmədiyiniz tələbə yoldaşınızın ad və soyadını çəkinmədən söyləyə bilərsiniz? Amma deməyin ki, belə birisi yoxdur, çünki hamının bu cür tələbə və sinif yoldaşı mütləq vardır.

-Məktəb illərində mənimlə paralel sinifdə oxuyan qız və oğlan sinif yoldaşlarım var idi, onlardan xoşum gəlmirdi. Mən oğlan kimi qız olmuşam. Hər zaman idmanın bütün növləri ilə məşğul olmuşam. Hal- hazırda da məşğul oluram. Həmişə idman geyimləri geyinərdim, hətta qızlara belə söz atardım. Oğlan dostlarım çox olurdu. Sataşan olanda da döyürdüm. Ümumiyyətlə, uşaqlıq illərimdə oğlan olmaq istəmişəm. Artıq o fikirdə deyiləm. İndi deyirəm ki, yaxşı ki qız olmuşam. Amma tələbəlik illərində çalışdığım üçün universitetə çox getməmişəm.
-Etmək istədiyiniz, lakin qarşınızı kəsən mentalitent anlamına görə edə bilmədiyiniz nəyi yaxud nələri başqa ölkədə yaşasaydınız edərdiniz?

-Son vaxtlar bunu öz-özümə çox tez-tez deyirəm. Xarici ölkədə doğulub-böyüyüb yaşasaydım, aktrisa kimi fəaliyyət göstərsəydim, hec nəyə qarşı kompleksim olmazdı və ssenaridə yazılan hər bir şeyi layiqincə, istədiyim kimi oynayardım. Çünki məhdudiyyətlər olursa, haradasa reallıq itir. Səhnədə özünə məhdudiyyət qoyursan: bunu oynaya bilmərəm, insanlar pis başa düşər. Bunlar istər-istəməz aktrisanın yaratdığı obraza öz təsirini göstərir. Mən bunları yaşamaq istəməzdim. Çox heyif ki, bizdə bu, qəbul olunmur. Yəni, insanlar bu sənəti doğurdan da anlamırlar. Əgər ssenaridə yazılanı etmirsənsə, artıq o sənin beyninə girir, beynində oynayır. Onu səhnədə edə bilmirsənsə öz təsirini itirir. O qədər olub ki, biz səhnələri dəyişmişik, amma bu düzgün deyil. Kaş ki bizim millət buna düzgün yanaşardı. “Mentalitet”, “biz azərbaycanlıyıq” kimi fikirlər hamısı kompyuter arxasındadır. Amma küçəyə çıxanda görürsən ki, insanlar çoxdan avropalaşıblar. Bunu istər geyimində, istər həyat tərzində, aydın görmək mümkündür. Mən bilmirəm sosial şəbəkələrdə yazılan rəylər niyə belədir. Halbuki, bu insanlar özləri də xarici filimlərə baxırlar, həmin səhnələri çox gözəl qəbul edirlər. Müsəlman ölkəsiyik, mən bir söz demirəm, amma sənət deyilən bir şey var. Həyatda Avropa tərzində yaşayırıq, amma iş sənətə gəldikdə, o dəqiqə müsəlman ölkəsi olduğumuz yada düşür. Onda televizora baxmayaq, internetdən istifadə etməyək, başımızı bağlayıb oturaq evimizdə. Bütün bu prinsiplər sənətə də təsirini gösrərir. Xaricdə yaşasaydım özümə heç bir məhdudiyyət qoymadan səhnələrimi istədiyim kimi oynayardım.
Bolgexeber.com
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO
Cazibədar aktrisa Pərvin Abıyeva:"Mən açıq-səhnə dedikdə, erotika, yataq, sevişmə səhnələrini nəzərdə tutmamışam" – FOTO