BolgeXeber.Com » Ölkə » Tərtərdə şiddətli döyüşlər: 5 erməni məhv edildi, 10-u yaralandı

Tərtərdə şiddətli döyüşlər: 5 erməni məhv edildi, 10-u yaralandı

21-04-2015, 19:46
Oxunub: 4 060 Tərtərdə şiddətli döyüşlər: 5 erməni məhv edildi, 10-u yaralandıAprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, qısamüddətli döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə ağır zərbə endirib.

Nəticədə düşmənin 5 hərbçisi məhv edilib, 10 nəfərədək yaralısı var.

“Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi barədə yalan xəbərlər yaymaqla çaşqınlıq yaratmağa cəhd göstərir və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralananlar haqqında məlumatları ortalığa çıxaracaq.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır” - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan xüsusi təyinatlılarının “DQR”in işğalçı ordusunun mövqelərinə hücum etdiyinə dair məlumat yaymışdı.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin məlumatda Azərbaycan və erməni hərbçilərinin əlbəyaxa davaya çıxdığı qeyd olunurdu. Döyüşün təxminən 25 dəqiqə çəkdiyi bildirilirdi.

Erməni mətbuatı Ermənistan Müdafiə Nazirliyinə istinadən Azərbaycan hərbçilərinin erməni mövqelərinə silahlı hücumunu sübut edən bir çox fotoşəkillər də yaymışdı. Lakin Azərbaycan xüusi təyinatlılarının itki verdiyinin və döyüş meydanında silah-sursat qoyub geri çəkildiyinin “sübutu” kimi yayılan həmin fotoşəkillər Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin tam savadsız olduğunu bir daha təsdiqləyirdi.

Birincisi, düşmən arxasına keçən kəşfiyyatçı öz arxasınca kabelli səhra telefonu sürümür. Ermənilər isə “sübut” kimi məhz belə bir qurğunun fotosunu yayıblar.

İkincisi, fotolarda təqdim olunan şpris, bint, tibbi plastır üstündəki etiketdən də göründüyü kimi, Rusiya istehsalıdır. Azərbaycan ordusu isə çoxdandır yerli firmaların analoji məhsullarından istifadə edir.
Bolgexeber.com
Tərtərdə şiddətli döyüşlər: 5 erməni məhv edildi, 10-u yaralandı
Tərtərdə şiddətli döyüşlər: 5 erməni məhv edildi, 10-u yaralandı
Tərtərdə şiddətli döyüşlər: 5 erməni məhv edildi, 10-u yaralandı
Tərtərdə şiddətli döyüşlər: 5 erməni məhv edildi, 10-u yaralandı
Tərtərdə şiddətli döyüşlər: 5 erməni məhv edildi, 10-u yaralandı