BolgeXeber.Com » Sosial » Kişilərin prostat problemi – Çıxış yolu

Kişilərin prostat problemi – Çıxış yolu

8-01-2012, 17:45
Oxunub: 41 219 Prostat vəzi bəzilərinin düşündüyü kimi təzə kəşf olunmuş bir orqan deyil və min illərdir ki, tibbə və həkimlərə məlumdur.

Sadəcə olaraq son 20 ildə daha çox diaqnozlaşdırma imkanı əldə olunub. Prostat vəzi kişi cinsiyyət orqanlarından biridir. Çəkisi 25-30 qram olaraq, sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyətində - nəsilartırmasında həyati əhəmiyyətli rol oynayır.
Bu orqanın xəstəliklərinin son nəticələri kişilərdə cinsi zəiflik (impotensiya), kişi sonsuzluğu, sidik ifrazının ağır pozuntuları (sidik saxlaya bilməmək, kəskin sidik ləngiməsi, sidik daşları və həyatüçün təhlükəli kəskin böyrək çatışmazlığı şəklində özünü göstərir.

Prostat vəzinin xəstəlikləri gənc yaşlarda və yetkin yaşlarda tamamilə fərqli mahiyyət daşıyır. Əgər söhbət nisbətən gənc yaşlardan gedirsə, deməli söhbət prostatitlərdən yəni prostat vəzinin iltihabından gedir.

Prostatitlər əsasən yeniyetmə və gənclərdə rast gəlir və müalicə edilməmiş və ya pis müalicə edilmiş zöhrəvi xəstəliklər – qonoreya (tripper), trixomoniaz, xlamidiya, mikoplazma, ureaplazma kimi infeksiyalar, bəzən də qeyri-zöhrəvi infeksiyalar bunun səbəbi olur. Bakteriyasız prostatitlər də ola bilər . Diaqnoz ultrasəs müayinəsi (USM – UZİ) və analizlərin (xüsusən prostat vəzi şirəsinin) köməyilə qoyulur. Müalicəsi müstəsna olaraq qeyri-cərrahi yolla – yəni dərman preparatları və fizioterapevtik metodlarla aparılır. Prostat vəzinin müalicəvi massajı həmişə mübahisəli olub və əksər alimlər bunun zərərinin faydasından çox olduğu fikrindədirlər.

Əgər söhbət 40 və daha yuxarı, xüsusən 50-dən yuxarı yaşlardan gedirsə, deməli söhbət prostat vəzinin xoşxassəli böyüməsindən, başqa sözlə adenomasından gedir. Prostat vəzinin xoşxassəli böyüməsi (və ya adenoması), prostat vəzinin başqa səbəbdən deyil, vəzi hüceyrələrinin artması hesabına böyüməsidir. Prostat vəzinin xoş xassəli şişi (böyüməsi və ya adnoması) artan hüceyrələr hesabına düyüncüklər əmələ gəlir ki, bunlar illər ərzində böyüyür və sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını çətinləşdirir. PV-nin belə böyüməsi xoşxassəli xarakter daşıyır və metastazlar vermir.

Prostat vəzinin xoşxassəli böyüməsi –adenoması – yaşla bağlı olan təbii bir prosesdir və 40 dan yuxarı yaşı artan hər bir kişinin haçansa məruz qalacağı bir durumdur. Bunu alimlər arasında bioloji qocalma, “kişi klimaksı” adlandıranlar da çoxdur. Yəni, prostat adenoması-kişi orqanizmin qocalmasının bir təzahürüdür”. Prostatın adenomasının əmələ gəlməsində prostatitin adenomaya çevrilməsi, cinsiyyət orqanlarının xəstəliklərinin rolu və cinsi fəallığın yüksək-zəif olması, pis vərdişlərin-(siqaret, alkoholun) rolu sübut edilməmişdir. Yalnız irsi – genetik faktorların rolu isə sübut edilmişdir.

Prostat vəzi böyüməyə başladıqda deyildiyi kimi, sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını əngəlləməyə başlar və sıxıılmanın dərəcəsindən asılı olaraq sidik ifrazının pozulmaları baş verər. Bu pozulmalara misal kimi;

- sidik axınının təzyiqinin azalması,
- gecə sidiyinin artması,
- tez-tez sidiyə getmək,
- sidiyə getdikdən sonra sidik kisəsində sidik qalması hissi,
- sidik ifrazının çətinləşməsi, bəzən gücənmə ilə olması,
- sidiyin haçalanması, səpilməsi,
- sidiyə getdikdən sonra damcılama,
- sidikdə qan, yanğı, göynəmə olması,
- çətin, qırıq-qırıq, bəzən gözləyə-gözləyə, damcı ilə sidik ifrazı,
- sidiyə getməyə istək olduqda, saxlamaq mümkün olmaması göstərilə bilər.

Digər simptomlardan cinsi zəiflik (bəzən tam impotensiya) baş vrə bilər. Bəzən xəstəlik uzun illər heç bir əlamət olmadan da baş verə bilər. Belə hallarda xəstə birdən-birə kəskin sidik ləngiməsi, kəskin cinsi zəifliklə üzləşə bilər!

Prostat vəzinin adenoması müalicə olunmazsa və ya müalicə uğurlu olmazsa prostat vəzinin adenomasının hansı ağırlaşmaları ola bilər:

- Sidik kanalın tam tutulmasi (sidik kisəsi dolu qalır, bəzən təcili tədbir lazım gəlir)
Kəskin qanaxma baş verə bilər.
- Sidik kisəsində sidik daşların əmələ gəlməsi və cərrahi müdaxilə zərurəti
- Börək funksiyaların tam itməsinə kimi aparan xəstəlikləri (həyat üçün təhlükə) və sidiyin qana keçməsi baş verə bilər
- Cinsi funksiyaların tam itməsi
- Sidiyi saxlaya bilməmək və s.

Prostat vəzinin adenomasının diaqnostikasi.

Xəstənin yaşı, sidik ifrazından xüsusi şikayətləri artıq diaqnozu PVXB istiqamətinə yönləndirməyə əsas verir (45-50 və daha yuxarı yaş + sayilan simptomlardan biri və ya bir neçəsi). Prostat vəzinin adenoması diaqnostikasının qızıl standartı ultrasəs müayinəsidir (USM). Məhz ultrasəs müayinələrin nəticəsində erkən diaqnostika mümkündür. USM prostat vəzinin ölçülərini, parenximasının vəziyyətini, daşların, iltihabın olmasısnı, sidiklikdə nə qədər qalıq sidik qalmasını, daş olması və s. aşkar etməyə, həmçinin böyrəklərin, sidik axarlarının vəziyyətini aşkar etməyə imkan verir.

Prostatın Spesifik Antigeninin tədqiqi - PSA testi 90-cı illərin əvvəlindən bütün dünyada geniş tətbiq olumağa başlamış və özünü tam doğrultmuşdur. PSA testi Prostat vəzinin adenomasının xoşxassəli olduğunu, yaxud pis xassəli olma ehtimalıni erkən aşkar etmək üçündür. Dünyanın urologiya üzrə ən nüfuzlu peşəkar elmi cəmiyyəti olan Amrika Uroloqlar Assosiasiyası hər bir kişinin Prostatla bağlı 40 yaşdan sonra ildə 1 dəfədən az olmayaraq ultrasəs müayinə və Prostatın Spesifik Antigen (PSA) yoxlamasından keçməsini tövsiyə edir. Prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa daha dəqiq onkoloji metodlar vardır. Əgər PSA göstəricisi normadan yüksək olmaqda davam edərsə, o zaman prostat vəzinin biopsiyası – yəni, prostat vəzinin toxumasının müayinəsi vacibdir.

Bəs xəstədə pis xassəli şiş aşkar olarsa? Vaxtında Prostat vəzi xərçəngi aşkar olunmuş xəstənin yaşamaq şansı (Life expectency) gec aşkar edilmlş Prostat vəzinin xoş xassəli şişi olan xəstənin şansından az deyildir!

Sidiyin analizi də Prostat vəzinin xoş xassəli şişinin diaqnostikasının mühüm tərkib hissəsidir.Sidikdə qan, zülal, şəkər, irin və digər patologiyaların varlığı və səviyyəsi böyük diaqnostik əhəmiyyət kəsb edir.

Prostat vəzinin xoşxassəli böyüməsinin müalicəsi

Təəssüf ki, prostat vəzinin adenomasının birdəfəlik qarşısının alınması üçün 100% təsirli profilaktik tövsiyələr hələ ki yoxdur.

Bu gün prostat vəzinin xoşxassəli böyüməsinin müalicəsindən danışanda o saat fikrimizə dərmanlarla müalicə gəlir. Amma cəmi 25 il qabaq PVB-nin cərrahi müalicəsi demək olar ki, alternativsiz sayılırdı. Lakin tibb yerində saymır - prostat vəzinin xəstəliklərinin istər cərrahi, istərsə də qeyri-cərrahi müalicə üsullarının axtarışı və təkmilləşdirilməsi bütün dünyada davam edir. Son 25 ildə prostat vəzinin xoşxassəli böyüməsinin dərmanlarla müalicəsi ilə bağlı əsil inqilab olmuşdur. Bu gün artıq dünyanın hər yerində apteklərdə nəinki prostat vəzinin xoşxassəli böyüməsi ilə bağlı simptomları yaxşılaşdıran dərmanlar, hətta prostat vəzinin xoşxassəli böyüməsini dayandıran preparatlara rast gəlmək mümkündür.

Bu ğün Tibb Elminin ən aktual problemlərindən biri PVB-nin elə müalicə metodlarını hazırlamaqdır ki, kişi orqanizminin funksiyalarını mümkün qədər saxlamaq, həyat keyfiy-yətini yaxşılaşdırmaq mümkün olsun. Bu mənada: 1) prostat vəzinin xoşxassəli böyüməsinin dayandırılması, 2) cinsi fəaliyyət funksiyalarının saxlanması, 3) normal sidik ifrazının bərpası 4) prostat vəzinin xoşxassəli böyüməsinin ağırlaşmalarının qarşısının alınması, 5) müalicənin minimal riskli olması xüsusilə mühümdür.

Prostat böyüməsinin cərrahi müalicəsi isə yalnız mütləq göstəriş olduqda aparılmalıdır. Bunlara isə aiddir:

- Kəskin sidik ləngiməsi
- Massiv qanaxma və prostat vəzinin xoşxassəli böyüməsi ilə bağlı kəskin böyrək çatişmazliği
Sidik kisəsinin iri daşları
- Sidik yollarının təkrari infeksiyalaşması və uzunmüddətli medikamentoz müalicənin təsirsizliyi.
- Prostat vəzi üzərində cərrahi əməliyyatlar zamanı risklərin qaçılmaz olduğu nəzərə alınanda, - Prostat vəzi xəstəliklərinin dərman preparatları ilə müalicəsinin əhəmiyyəti daha da artır. Hətta cərrahi əməliyyatların ən yüksək səviyyədə aparıldığı dünyanın ən məşhur uroloji klinikalarında aparılmış genişmiqyaslı monitorinqlərin nəticəsinə görə:
- əməliyyatların azı azı 5% -də cinsi fəaliyyətin tam itməsi – impotensiya baş verir.
- 4%-10%-də sidiyi saxlaya bilməmək inkişaf edir.
- 20% -40% ilk 8 ildə təzədən əməliyyat olunur.
- 3% - əməliyyat nəticəsində ölüm baş verir!

Bu vəziyyətin Avropa və Amerikanın ən yüksək peşəkar klinikalarında mövcud olduğunu nəzərə alsaq, qeyri-cərrahi müalicə əhəmiyyəti daha aydın başa düşülər.

Cəmi 20 il əvvəl prostat vəzi üzərində cərrahi əməliyyatlara haqq qazandırmaq olardı:
xəstəliyin erkən mərhələdə aşkarlanması üçün bu günkü qədər kamil diaqnostika vasitələri yetərli deyildi, USM aparatları ölkədə barmaqla sayıla bilərdi. Prostat vəzinin dərmanlarla müalicəsi üçün sınaqdan çıxmış dərmanların azlığı reallıq idi.

Beləliklə, əgər prostat vəzi böyüyübsə sizin adi həyatınızı bir çox mənada dəyişə bilər. Sizin həyatınızın keyfiyyətini azalda bilər. Sizin həyatınıza bu mənfi təsiri azaldıb, minimuma endirmək üçün bir çox imkanlar mövcuddur. Elm inkişaf etməkdədir.

Real Tibb Mərkəzində (doktor S.Cəbrayılov) cərrahiyyəsiz müalicə məqsədilə öncül uroloji elmi cəmiyyətlərin (Amerika Uroloqlar Assosiasiyası və s), elmi tədqiqat institutlarının uzun illər ərzində klinik epidemioloji tədqiqatları ilə təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutulur. Amerika Uroloqlar Assosiasiyasının müalicə protokollarının hazırlanmasında yüzlərlə həkim-professor iştirak edir. Dünyanın onlarla ölkəsində, o cümlədən qardaş Türkiyədə milyonlarla xəstə bu metodlarla müalicə alır.

Bir daha yaşı 40-45 və daha yuxarı olan kişilərin nəzərinə!
Əgər sizi:

- sidiyə tez-tez təcili çağırışlar və gecikdirməyin çətinliyi
- sidik ifrazının əvvəlinin çətinləşməsi, bəzən gücənmə ilə olması
- sidik axınının təzyiqinin azalması
- sidiyə getdikdən sonra sidik kisəsində yenə sidikvarmış hissi
- sidiyə tez-tez yalançı çağırışlar
- gecələr tez-tez sidiyə getmək , həm də gündüzlər
- çətin, qırıq-qırıq, bəzən gözləyə-gözləyə, bəzən damcı ilə sidik ifrazı
- sidiyin haçalanması, səpilməsi, sidiyə getdikdən sonra axma və ya damcılama
- Sidiyə getməyə istək olduqda, sidiyi saxlamaq mümkün olmaması;

narahat edirsə, unutmayın ki, bunlar Prostat vəzi böyüməsinin - adenomasının baş simptomlarıdır. Ən sevindirici hal isə odur ki, cərrahi müalicədən kənar vasitələr – prostat xəstəliklərinin dərmanlarla müalicə imkanları ildən-ilə artır. Bu olduqca yaxşı xəbər sayıla bilər.

Doktor Süleyman Cəbrayılov
Real Tibb Mərkəzi
8 km, B.Nuriyev, 55
(050) (055) 519 91 84