BolgeXeber.Com » Ölkə » Ağdaş sakinləri: “Deputat bizi unudub, pul qazanmaqla məşğuldur”

Ağdaş sakinləri: “Deputat bizi unudub, pul qazanmaqla məşğuldur”

22-04-2015, 01:17
Oxunub: 3 624 Ağdaş sakinləri: “Deputat bizi unudub, pul qazanmaqla məşğuldur”Ağdaşlılar Çingiz Əsədullayevi axtarır

“Baxmayaraq ki, on ilə yaxındır bizi Milli Məclisdə təmsil edir, ağdaşlılar Çingiz Əsədullayevi son seçkilərdən sonra rayonda üst-üstə beş dəfə görməyib. Ona yazdığımız məktubların əksəriyyəti də cavabsız qalır”.

Bu sözlər 90 saylı Ağdaş seçki dairəsinin bir qrup sakini tərəfindən Editor.az-ın elektron ünvanına daxil olan şikayət məktubunda öz əksini tapıb.

Şikayətçilər bildirir ki, yalnız seçkidən-seçkiyə seçicilərini yada salan deputat onları unudub:

“Çingiz müəllim, iş adamıdır. Ölkənin aparıcı banklarından birinə rəhbərliik edir. Görünür başı pul qazanmağa qarışıb və biz seçiciləri unudub. İndiyə qədər müxtəlif məsələrlə bağlı deputata müraciət etsək də, demək olarki əksər məktublar cavabsız qalıb və ya mənfi cavab verilib. Nəinki onun özü ilə, heç Ağdaşda fəaliyyət göstərən köməkçisi ilə də əlaqə yarada bilmirik. Həm deputatın özünün, həm də köməkçilərinin telefonları gün ərzində qapalı olur. Dəfələrlə Ağsudan olan istedadlı uşaqları işlə təmin etməyi ondan xahiş etsək də, o, bizim müraciətlərimizə heç bir cavab verməyib. Rayonda olan özbaşınalıqlarla bağlı etdiyimiz müraciətlərə əhəmiyyət vermir. Hər dəfə müxtəlif vədlər versə də, seçkidən sonra yoxa çıxır”.

Editor.az məsələyə Milli Məclisin deputatı Çingiz Əsədullayevin özündən münasibət öyrənmək istəsə də, millət vəkilinin telefonu bağlı olduğundan onunla əlaqə saxlamaq mümkün olmayıb. Millət vəkili ilə Milli Məclisin telefonları vasitəsilə əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalıb. Deputatın da mövqeyini dərc edə bilərik.