BolgeXeber.Com » Sosial » Müəllim "ovu " davam edir

Müəllim "ovu " davam edir

9-01-2012, 18:40
Oxunub: 4 839 6889 müəllimin diplomu ekspertizadan keçirilib

Azərbaycanda 1991/92- 2010/2011-ci tədris illərində Şuşa, Xızı, Ağdam, Qubadlı, Xocalı, Zəngilan, Oğuz, Kürdəmir, Laçın, Füzuli, Hacıqabul rayonlarının ümumtəhsil məktəblərində işə qəbul olunmuş 6889 pedaqoji işçinin diplomlarının surəti ekspertizadan keçirilib.

Bu barədə Bolgexeber.com-a Təhsil Nazirliyindən verilən məlumatda bildirilib. Məlumata görə, Ağdam rayonunda 1568 nəfərdən 11-nin, Qubadlı rayonunda 495 nəfərdən 2-nin, Xocalı rayonunda 216 nəfərdən 1-nin, Kürdəmir rayonunda 991 nəfərdən 2-nin, Laçın rayonunda 621 nəfərdən 2-nin, Füzuli rayonunda isə 926 nəfərdən 3-nün təhsil sənədinin saxta olduğu aşkarlanıb. Şuşa rayonundan 146 nəfərin, Xızı rayonunda 228 nəfərin, Zəngilan rayonunda 567 nəfərin, Oğuz rayonundan 606 nəfərin, Hacıqabul rayonundan 525 nəfərin diplomlarının isə saxta olmadığı müəyyənləşdirilib.