BolgeXeber.Com » Dünya » Şok! Milyonları öldürə biləcək virus hazırlanıb

Şok! Milyonları öldürə biləcək virus hazırlanıb

9-01-2012, 19:10
Oxunub: 4 306 Hollandiyada "quş qripi" bakteriyası ilə eksperimentlər aparan alimlər yüz milyonlarla insanı məhv edə biləcək virus əldə ediblər.

Tədqiqatlar Rotterdamlı Erazm adına Tibb Mərkəzində (Erasmus Medical Center) aparılıb. Tədqiqat işlərini isə ABŞ-ın Milli Səhiyyə İnstitutu (National Institutes of Health) maliyyələşdirib.

"Quş qripi" virusuna insan orqanizminə bənzər reaksiya verən siçovullar üzərində sınaqlar aparan alimlər A(H5N1) virusunun hava vasitəsilə yayılan formasının mutasiyalarını araşdırmaq istəyirlər.

Bolgexeber.com "The New York Times"a istinadən bildirir ki, bu eksperimentlər bəşəriyyəti məhv edə bilər.

ABŞ-ın Biotəhlükəsizlik üzrə Milli Elmi Şurası aparıcı elmi jurnallar olan "Science" və "Nature"a müraciət edərək Hollandiyada aparılmış elmi tədqiqatın təfərrüatları ilə bağlı məlumatları əsla dərc etməməyi xahiş edib. Rəsmi Vaşinqtonun fikrincə, bu informasiyadan terrorçular ölümcül virusun yaradılması və ya fəlakətli pandemiyanın yayılması üçün istifadə edə bilərlər.

Vaşinqtonun istəyi qalmaqal yaratsa da, jurnalların redaksiyası bu müraciəti anlayışla qarşıladıqlarını bildiriblər.

"Belə sınaqlarla bağlı istənilən məlumatların dərcinin gərəkli olmasına şübhəmiz var. Amma deyəsən, məlumatların bir qismi dərc ediləcək", - "The New York Times" yazır.

Erazm Mərkəzi virusun mutasiyası ilə bağlı məlumatların dünyanın müxtiəlif ölkələrindəkim 100 laboratoriya və 1000-ə yaxın alimə verilməsini istəyir.

Fəqət amerikalılar hesab edirlər ki, belə tədqiqatlar ümumiyyətlə aparılmamalıydı.
"The New York Times" yeni virusu məhv etməyə, ya da ən yüksək bioloji təhlükəsizlik səviyyəli bir neçə laboratoriyalarda saxlamağı təklif edir.