BolgeXeber.Com » Şou-Biznes » Rəqsanənin qızının "odnoklasniki"dəki şəkilləri-Foto

Rəqsanənin qızının "odnoklasniki"dəki şəkilləri-Foto

9-01-2012, 19:40
Oxunub: 47 166 Müğənni iddia edir ki, bu fotoları sosial şəbəkəyə keçmiş prodüseri yerləşdirib

Müğənni Rəqsanənin ətrafında yeni qalmaqal baş qaldırıb. Müğənni ANS TV-də yayımlanan "Günəbaxan" verilişində keçmiş prodüseri Təranəni onun qızı Aysunun telefon nömrəsi və şəkillərini sosial şəbəkədə yaymaqda günahlandırıb. “Açığı, artıq bu insanların adını çəkmək istəmirəm. Onlardan iyrənirəm. O, mənim haqqımda danışa bilər. Amma övladım haqda yox! Artıq hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Lakin müraciətimə baxmırlar", - deyə Rəqsanə bildirib.
Təranə isə bu ittihamların heç birini qəbul etməyib.

azxeber.com portalı məsələylə bağlı araşdırma aparıb və Aysunun "odnoklasniki" sosial şəbəkəsinə yüklənən fotolarını əldə edib. Rəqsanə iddia edir ki, bu fotoları sosial şəbəkəyə prodüser Təranə əlavə edib.

Sosial şəbəkədə açılan Aysun Namazlı adlı profilin hazırda 1100-dən çox dostu var və yazılan statusdan görünür ki, bu profil Rəqsanənin qızı Aysuna aid deyil.
Qeyd edək ki, fotolar "odnoklasniki" profilinə istinadla verilir və şəkillər sosial şəbəkədən silinəcəyi təqdirdə portalda da görünməyəcək.