BolgeXeber.Com » Bölgə » Bərdədə“Qədim Bərdə və bərdəlilər” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir

Bərdədə“Qədim Bərdə və bərdəlilər” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir

24-04-2015, 19:14
Oxunub: 8 081 Bərdədə“Qədim Bərdə və bərdəlilər” mövzusunda  ədəbi-bədii  kompozisiya keçirilmişdir Tədbirə rayonun təhsil müəssisələrindən və təşkilatlarından gənclər dəvət olunmuşlar

BOLGEXEBER.COM bildirir ki,24 aprel 2015-ci il tarixdə Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyində Gənclər və İdman idarəsinin və Nəriman Nərimanov adına 3 saylı Bərdə şəhər tam orta məktəbin birgə təşkilatçılığı ilə “Qədim Bərdə və bərdəlilər” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir.Tədbirə rayonun təhsil müəssisələrindən və təşkilatlarından gənclər dəvət olunmuşlar.
Tədbirə giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq, mövzu ilə bağlı məlumat verdi. Belə tədbirlərin yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsində əvəzsiz rolu olmasını və bu kimi tədbirlərin digər məktəblərdə də keçirilməsini tövsiyyə etdi. Daha sonra bu tədbirin ərsəyə gəlməsində zəhməti olan Nəriman Nərimanov adına Bərdə şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Aygün Hüseynovaya rayon Gənclər və İdman idarəsinin fəxri fərmanını təqdim etdi.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbin direktoru Qurban Məmmədov, veteran müəllim Kübra Babayeva çıxış edərək hər bir gəncin öz vətəninin tarixini bilməsinin bir vətəndaş borcu olduğunu bildirdilər.
Daha sonra Nəriman Nərimanov adına Bərdə şəhər 3saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii və musiqili kompozisiya tədbir iştirakçılarına təqdim olundu. Kompozisiyada qədim Bərdənin tarixi və şəxsiyyətləri barədə məlumat verilmiş, şeirlər, musiqi nömrələri, rəqslər və böyük Azərbaycan şairi və mütəfəkkiri Nizaminin İsgəndərnaməsindən səhnələşdirilmiş parçalar göstərilmişdir.
Bərdədə“Qədim Bərdə və bərdəlilər” mövzusunda  ədəbi-bədii  kompozisiya keçirilmişdir
Bərdədə“Qədim Bərdə və bərdəlilər” mövzusunda  ədəbi-bədii  kompozisiya keçirilmişdir
Bərdədə“Qədim Bərdə və bərdəlilər” mövzusunda  ədəbi-bədii  kompozisiya keçirilmişdir