BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanlı samboçu medalını avtobusda itirdi-VİDEO

Azərbaycanlı samboçu medalını avtobusda itirdi-VİDEO

25-04-2015, 10:16
Oxunub: 3 034 Azərbaycanlı samboçu medalını avtobusda itirdi-VİDEOAprelin 19-da Serbiyanın Novi Sad şəhərində gənclər və yeniyetmələr arasında sambo üzrə Avropa çempionatı keçirilib

Yarışda 56 kq çəkidə həmyerlimiz Namiq Abbaslı da iştirak edib və gümüş medal qazanıb. Sumqayıtdan olan idmançı həmin çempionatda gümüş medal qazanıb. Amma o, medalı ölkəyə gətirib çıxarsa da Sumqayıtda 7 nömrəli marşrutda itirib. Avropa ikincisinə o medaldan qalan təkcə şəkil olub.

11-ci sinif şagirdi olan Namiq Abbaslı medalın onun üçün çox vacib olduğunu, bu səbəbdən də marşrutdakı bütün avtobuslarda axtardığını deyir. Çünki gümüş medal ona İdman Akademiyasına daxil olmaq üçün də lazımdır. İdmançı şəhər sakinlərinə müraciət edərək medalın tapılmasında ona kömək etməyə çağırıb.