BolgeXeber.Com » Ölkə » İcra başçısı ilə MKTB rəhbərinin 720 minlik korrupsiyası - Suraxanıda

İcra başçısı ilə MKTB rəhbərinin 720 minlik korrupsiyası - Suraxanıda

25-04-2015, 10:36
Oxunub: 4 016 İcra başçısı ilə MKTB rəhbərinin 720 minlik korrupsiyası - SuraxanıdaMais Məmmədov tabeçiliyində olan bu MKİS-lər vasitəsi ilə bir çox qaranlıq “maxinasiyalar” həyata keçirir

Suraxanı rayonundan Tia.az-a daxil olan məlumata görə, icra başçısı büdcə vəsaitini mənimsəməyin yeni formasını icad edib. İlqar Abbasov rayon Yaşıllaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Birliyi vasitəsi ilə hər il dövlət büdcəsindən külli-miqdarda vəsaiti talan edir.

Təkcə 2013-cü ildə Suraxanı Mənzil Kommunal Təsərrüfat Birliyinə 720 min manat vəsait ayrılıb. Bu vəsaitin 350 min manatı abadlıq işləri üçün “Dizayn construction” MMC yə köçürülüb. Yerdə qalan 370 min manat vəsait isə Kommunal Təsərrüfat birliyi tərəfindən ehtiyat tikinti materiallarının (119 min manat), ehtiyat hissələrinin (114 min manat) və xüsusi geyimlərin (137 min manat) alınmasına xərclənib.
Bu xərcləmələrlə bağlı daxil olan məlumatda bildirilir ki, adı çəkilən birlik ehtiyat hissələrinin və tikinti materiallarının alınması zamanı sənədləşdirmələrdə qiymətlərin şişirdilməsinə şərait yaradaraq ayrılan vəsaitlərin bir hissəsinin mənimsənilməsinə yol verilib.
Məlumata əsasən Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov icra başçısı İlqar Abbasova yaxınlığı ilə tanınan şəxsdir. Baş verən korrupsiya hallarını məhz icra hakimiyyətinin başçısına arxalanaraq bu işləri həyata keçirib. Bu proses 2014 və 2015-ci illərdə də davam edir.
Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin nəzdində 74, 62, 63, 68, 103, 104 və 105 Saylı MKİS-lə fəaliyyət göstərirlər. Bu MKİS-lərin fəaliyyətində ciddi korrupsiyaların olduğu və abadlıq və digər işlərin görülməsi sahəsində böyük yeyintilərin olduğu bildirilir. Bildirilir ki, məhz Mais Məmmədov tabeçiliyində olan bu MKİS-lər vasitəsi ilə bir çox qaranlıq “maxinasiyalar” həyata keçirir.
BOLGEXEBER.COM