BolgeXeber.Com » BÖLGƏ TV » Nəqliyyat müfəttişləri sürücünün həyatı ilə oynadı –VİDEO

Nəqliyyat müfəttişləri sürücünün həyatı ilə oynadı –VİDEO

25-04-2015, 13:51
Oxunub: 3 001 Nəqliyyat müfəttişləri sürücünün həyatı ilə oynadı –VİDEONəqliyyat Departamentinin bu cür öz başınalıqları və qanundan kənar hərəkətləri artıq neçənci dəfədir baş verir

Nəqliyyat Departamentinin işçilərinin taksi və yük maşınlarının sürücülərinə qarşı bu günə qədər qeyri-qanuni əməllərinin və fiziki təzyiqlərinin dəfələrlə şahidi olmuşuq. İnterAz xəbər verir ki, departament işçilərinin özbaşınalığından və qeyri-qanuni əməllərini əks etdirən növbəti görünütülər yayımlanıb. Sözügedən görüntü avtomobillərdən birinə quraşdırılan video registr tərəfindən Masazırdan Novxanı kəndinə gedən yolda lentə alınıb. Video kadrlardan açıq aşkar görünür ki, departament işçiləri yük daşıyan avtomobilin dalınca düşərək kobud yol qaydaları pozuntuları ilə onu dayandırmaq istəyirlər. Lakin sonda yük maşının sürücüsü departamentin işçilərinin ondan əl çəkmədiyini görüb, dərhal yolunu dəyişərək arxasınca gələn maşınları azdırır. Sürücü avtomobillə manevr edərkən, qarşıdan gələn Kamaz markalı avtomobillə toqquşmadan son anda qurtula bilir.

Qeyd edək ki, Nəqliyyat Departamentinin bu cür öz başınalıqları və qanundan kənar hərəkətləri neçənci dəfədir baş verir. Bu günə qədər bu tip problemlər dəfələrlə ictimailəşdirilsə də Nəqliyyat Nazirliyi bir neçə müfəttişi cəzalandırmaqla kifayətlənib. Lakin sürücüləri boğaza yığan departament işçiləri ilə bağlı köklü şəkildə tədbirlərin həyata keçirildiyi gözə dəymir.
BOLGEXEBER.COM