BolgeXeber.Com » Bölgə » Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirmişlər
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirmişlər
25-04-2015, 14:43
Oxunub: 2 479
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur
Bolgexeber.com bildirir ki,Aprelin 25-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə növbəti ağacəkmə kampaniyası keçirmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilərək genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin tədbirlərin davamı olaraq IDEA İctimai Birliyinin “Yaşıl marafon” layihəsi çərçivəsində birliyin təsis edildiyi dövrdən etibarən həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 4 milyondan artıq ağac əkilmişdir.
Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab İlham Əliyevin ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə ağacəkmə kampaniyası keçirmişdir.
Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 3 hektar ərazidə beş yüzdən artıq Eldar şamı və zeytun ağacları əkilmiş, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.
Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuş, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər