BolgeXeber.Com » Dünya » Nepalda zəlzələdə ölənlərin sayı 450 nəfərə çatdı-VİDEO

Nepalda zəlzələdə ölənlərin sayı 450 nəfərə çatdı-VİDEO

25-04-2015, 18:36
Oxunub: 3 197 Nepalda zəlzələdə ölənlərin sayı 450 nəfərə çatdı-VİDEONepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 450 nəfərə çatıb

Paytaxt Katmandu yaxınlığında baş verən 7,9 ballıq təkanlar zamanı onlarla bina dağılıb. Təkanların təsiri ilə bəzi yollar iki hissəyə bölünüb.

Yerin 15 km dərinliyində olan zəlzələnin episentri Katmandudan 77 km şimal-qərbdə olub.

Zəlzələ Hindistan və Pakistanda da hiss edilib.

Ölüm halları Katmandu və Bhaktapur bölgələrində qeydə alınıb.

Zəlzələ nəticəsində Katmanduda 19-cu əsrdən qalan tarixi qüllə də yıxılıb. Qüllənin dağıntısı altında azı 50 nəfərin olduğu ehtimal edilir. Dağıntılar altından 10-dan çox insan meyiti çıxarılıb.

İlk zəlzələdən sonra 6,6 bal gücündə ikinci təkan qeydə alınıb.
BOLGEXEBER.COM