BolgeXeber.Com » Dünya » Astroloji proqnoz - 26 aprel

Astroloji proqnoz - 26 aprel

26-04-2015, 10:58
Oxunub: 3 201 Astroloji proqnoz - 26 aprelMaliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür

QOÇ - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Təbiətin bu gözəl ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr etməyə çalışın.

BUĞA - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.

ƏKİZLƏR - Əgər bu ayı səmərəli şəkildə yekunlaşdırmaq fikriniz varsa, bu gün ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Gün ərzində müştərək fəaliyyətlə məşğulluq uğurludur.

XƏRÇƏNG - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.

ŞİR - Fəaliyyətdə aktivlik olmadığını nəzərə alıb müqəddəs ziyarətgahlardan birinə baş çəkin, dualarınızı əskik etməyin. Bu gün şəxsi həyatınızda böyük irəliləyişlər start götürməlidir.

QIZ - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda və daha çox da özünüzdə arayasınız?! İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün ki, nicat tapasınız.

TƏRƏZİ - Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.

ƏQRƏB - Planetlərin bürcünüzdəki neqativ düzülüşü səhhətinizə mənfi təsir göstərə bilər. Odur ki, ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün vacibdir. Yeni işlərə başlamayın.

OXATAN - Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Sevgi amilinə xüsusi diqqət ayırın.

OĞLAQ - Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.

SUTÖKƏN - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaqdan ötrü bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.

BALIQLAR - İxtiyarınızda olan bu təqvimdə bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.
BOLGEXEBER.COM