BolgeXeber.Com » Xəbərlər » Müğənni yol polisini biabır etdi: «Niyə pul ödəmək üçün polisə getməliyik?»

Müğənni yol polisini biabır etdi: «Niyə pul ödəmək üçün polisə getməliyik?»

26-04-2015, 12:01
Oxunub: 4 517 Müğənni yol polisini biabır etdi: «Niyə pul ödəmək üçün polisə getməliyik?»Nura: «Yazdıqlarını cəriməni qeydiyyata salmadıqlarına görə onlayn ödəyə bilmirik»

“Binəqədi Rayon Polis İdarəsi öz qanunları ilə işləyirlər. Dövlət qanunlarından xəbərləri yoxdur”.BOLGEXEBER.COM “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müğənni Nura Suri “facebook”dakı rəsmi səhifəsində məlumat yayıb. Müğənni 20 manat cərimələndiyini, ödəmək üçün polis idarəsinə gedən atasına qarşı kobudluq etdiklərini bildirib: “2-ci dəfədir eyni problemlə üzləşirəm. Dayanma və durma qaydasını pozduğuma görə evə 20 manatlıq cərimə göndəriblər. Atam ödəmək üçün banka gedib. Deyiblər ki, qeydiyyata düşməyib, Binəqədi rayon Polis İdarəsinə gedin. Atam ora gedib. Cavan “serjant” 72 yaşlı atamla elə danışıb ki, elə bil ailəlikcə cinayət törətmişik. “Özü gəlsin, gəlməsə qeydiyyata salmayacağıq”,- deyib. Atam özünü güclə ələ alıb. 1-ci dəfə də belə olmuşdu. Axı nə vaxt bitəcək bu problemlər? Niyə pul ödəmək üçün polisə getməliyik? Qeydiyyata salınmadığına görə, onlayn ödəyə bilmirik”.
BOLGEXEBER.COM
Müğənni yol polisini biabır etdi: «Niyə pul ödəmək üçün polisə getməliyik?»
Müğənni yol polisini biabır etdi: «Niyə pul ödəmək üçün polisə getməliyik?»