BolgeXeber.Com » Ölkə » İcra başçısı 1 milyonluq maşın, 2 milyonluq villa alıb - ilginc iddialar
İcra başçısı 1 milyonluq maşın, 2 milyonluq villa alıb - ilginc iddialar
4-05-2015, 12:02
Oxunub: 5 828
Azərbaycanda əksər icra başçıları vəzifə başına keçdikdən sonra həm sərvətlərini artırır, həm də özlərinin imkanlarını genişləndirirlər. Elə bu səbəbdəndir ki, onların bahalı maşınlar, evlər, villalar aldığı barədə mütəmadi olaraq məlumatlar ortaya çıxır .
Beyləqanın icra başçısı Vaqif Abdullayev də əksər həmkarlarından geri qalmayan dövlət məmurlarından biri sayılır. Verilən məlumatlarda deyilir ki, bu yaxınlarda oğluna ad günündən 280 min manatlıq maşın bağışlayan rayon rəhbəri özünü də unutmayıb.
Belə ki, Beyləqanın rəhbəri bu yaxınlarda özünə dəyəri 1 milyon manat olduğu deyilən «Bugatti» markalı avtomobil aldığı vurğulanır. İddia edilir ki, həmin maşını sözügedən şəxs ancaq Bakıda sürür. Rayonda isə xidməti maşını ilə hərəkət edərək, camaatın onun hansı bahalı avtomobil sahibi olduğunu gizlədir.
JAM.AZ-a verilən məlumatda o da qeyd olunur ki, Vaqif Abdullayev həmçinin çox bahalı bir villanın da sahibidir. Onun «Gənclik» metrosu yaxınlığında bu yaxınlarda özünə 1,6 milyon manata villa aldığı deyilir. Bildirilir ki, icra başçsı artıq bir müddətdir onun təmiri ilə məşğul olur. Elə buna görə də, onu rayonda az-za görüldüyü deyilir.
P.S. Qeyd edək ki, Vaqif Abdullayevin mütəmadi olaraq Xızıya da səfər etdiyi verilən məlumatlar sırasında var. Bu səfərlərin nə ilə bağlı olduğu barədə araşdırma aparırıq və yaxın günlərdə məlumat verəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər