“Nurgün Motors»da vətəndaşı necə aldadıblar?
4-05-2015, 14:19
Oxunub: 3 377
Fuad Dərgahov: «Şirkətin servisində məni aldadıb 300 manatımı aldılar»
«28 Mayda «Nurgün Motors»un Ford servisinə getdim. Maşınımda yaranmış problemin aradan qaldırılmasını istədim. Cavab olaraq bildirdilər ki, arxayın ol, qısa müddətdə düzəldib verəcəyik. Guya, düzəltdilər. 110 manatımı aldılar, amma maşınım düzəlmədi». Bu sözləri JAM.AZ-a Fuad Dərgahov deyib.
Şikayətçi bildirir ki, bir gündən sonra avtomobilində yenidən eyni problem yaranıb. «Zəng etdim, dedilər gətir düzəldək. Onları başa salmağa çalışdım ki, əgər ehtiyat hissələrini başqa yerdə dəyişdirmək istəyirəm. Amma daş atıb, başlarını tutdular ki, bu mümkün deyil. Gərək özləri dəyişlər».
Fuad Dərgahov deyir ki, başqa yerdə 15 manata olan dizel filtrini ona «Nurgün Motors»un servisində 53 manata hesablayıblar. «Üst-üstə 110 manatımı alıb maşınımı da düzəltmədilər. Gedib etirazımı bildirdim. Departamentin rəisi mənə dedi ki, narahat olmayım və mənə köməklik edəcəklər. Bu dəfə, bazarda 5-6 dəfə ucuz olan sayğacı mənə 138 manata satdılar. Bir gün sonra maşınım yenidən xarab oldu. Yenidən departament rəhbərinə zəng edib, etirazımı bildirdim. Mənə sərt cavab verərək, yenidən avtomobilimi servisə gətirməyimi istədi».
Şikayətçi ildirir ki, narazı olan təkcə o deyil. Həmçinin onunla bərabər daha 5-6 nəfər eyni vəziyyətlə üzləşiblər. «Bunların işi ucuz detalları maşınlara yeri gəldi, gəlmədi qoyub, baha qiymətə satmaqdır. İşləri, peşələri adamları soymaqdır. Bunun qarşısı alınmalıdır. Çünki insanlar məqsədli şəkildə narazı salınır».
Məsələ ilə əlaqədar qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər