BolgeXeber.Com » Dünya » Müttəhim məhkəmə zalında prokuroru güllələdi

Müttəhim məhkəmə zalında prokuroru güllələdi

12-01-2012, 12:15
Oxunub: 4 077 Almaniyanın Dahau şəhərində keçirilən məhkəmə prosesi gözlənilməz sonluqla bitib.

Bolgexeber.com alman mətbuatına istinadən xəbər verir ki, müttəhim prokuroru məhkəmə zalındaca güllələyib. 54 yaşlı müttəhimin silahlı olduğunu heç kim bilməyib. Prosesin gedişində o, qəflətən tapançadan hakimə atəş açıb. Lakin hakim güllələrdən yayına bilib. Bundan sonra prokuroru nişan alan müttəhim ona 3 güllə vurub. O, təcili yardım maşını ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Müttəhimin məhkəmə zalına silahı necə keçirdiyi məlum deyil.