BolgeXeber.Com » Sosial » Seçkilərlə bağlı qaynar xəttə 200-ə qədər müraciət daxil olub

Seçkilərlə bağlı qaynar xəttə 200-ə qədər müraciət daxil olub

12-10-2010, 18:05
Oxunub: 5 558 Əsasən namizədlər və seçicilər zəng edib

Noyabrın 7-də Milli Məclisə seçkilərin keçirilməsinə dair qərar verildiyi gündən bu vaxta qədər Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış Seçkilər İnformasiya Mərkəzinin qaynar xətt xidmətinə 200-ə qədər müraciət daxil olub. Mərkəzin direktoru Ramin Hüseynovun "Bolgexeber.com" -a verdiyi məlumata görə, qaynar xəttə edilmiş zənglərin 100-ə qədəri namizədlərdən, bir o qədəri isə seçicilərdən daxil olub.

Namizədliyini irəli sürmək istəyən şəxsləri daha çox hüquqi suallar maraqlandırıb. Ramin Hüseynov deyir ki, bu müraciətlərə uyğun olaraq hüquqşünaslar şifahi şəkildə öz məsləhətlərini verirlər.

“Əksər hallarda namizədlər hüquqi sullarla bağlı müraciət ediblər. Namizədləri əsasən imza vərəqəsinin alınması, qaytarılması və digər maraqlandıran suallar maraqlandırıb. Bütün müraciətlər Seçki Məcəlləsinə uyğun olaraq təmin edilib”, - deyə Seçkilər İnformasiya Mərkəzinin direktoru Ramin Hüseynov bildirib.