BolgeXeber.Com » Şou-Biznes » Mətanət Rəhimin üzünə tüpürməsindən danışdı - Video

Mətanət Rəhimin üzünə tüpürməsindən danışdı - Video

6-05-2015, 12:18
Oxunub: 21 168 Mətanət Rəhimin üzünə tüpürməsindən danışdı - VideoTeleaparıcı Mətanət Əliverdiyeva "Gündəlik” verilişində müğənni Rəhim Rəhimlinin üzünə su üfürməsinə münasibət bildirib

Axşam.az-ın məlumatına görə, proqramın bugünkü buraxılışında o, əslində Rəhimə "təmiz su ilə soyuq duş" etdiyini deyib:

"Rəhim Rəhimli coşmuşdu, şou-biznesi qatıb-qatışdırdı, saxlaya bilmirdik. Mən də suyu aldım, onun üçün soyuq duş etdim. Bu gün də bütün saytlar yazıb ki, "Mətanət tüpürdü". Əgər ağız ifrazatıyla adi suyu ayıra bilmirsinizsə, yazıqlar sizə. Sabah da kiməsə süni nəfəs etsəm, yazacaqlar ki, "Mətanət öpüşdü"? Mən şounu anlamayan adamlara gülürəm. Rəhimi 80-ci illərin sonundan tanıyıram. Rəhim mənim dostumdur, hər adamla o zarafatı etmirəm".