BolgeXeber.Com » BÖLGƏ TV » Maralın qeyri-adi xilası- Video

Maralın qeyri-adi xilası- Video

16-01-2012, 10:00
Oxunub: 5 378 Xilasedicilər helikoterin küləyinin köməyi ilə maralı sahilə tərəf sürüşdürüblər

Buz bağlamış gölün üzərində buza batıb qalan maralı maraqlı vasitə ilə xilas ediblər. Şimal bölgələrindən birində çəkilmiş kadrlarda maralın xilasetmə əməliyyatı nümayiş olunub. Gölün buz qatı kövrək olduğundan onun üzərinə enməkdən ehtiyat edən xilas edicilər helikopterin tədricən aşağı düşməsi ilə maralın pərin küləyinin təsirindən hərəkət edə biləcəyinin fərqinə varıblar. Elə bu yolla da maralı xilas etməyə çalışan xilasedicilər helikopteri marala daha da yaxınlaşdırmağa başlayıblar. Ayaqları buz qatının altından çıxan maral helikoterin küləyinin köməyi ilə sahilə tərəf sürüşməyə başlayıb. Sahilə çıxan maral özünü topladıqdan sonra xilasedicilərə təşəkkür etmədən aradan çıxıb.