BolgeXeber.Com » Şou-Biznes » Aybəniz Haşımovanın qızına vəzifə verildi

Aybəniz Haşımovanın qızına vəzifə verildi

16-01-2012, 12:15
Oxunub: 5 535 Aynişan Quliyeva katib oldu

Azərbaycanın xalq artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “İslahatçı Gənclər” İctimai Birliyinə katib təyin olunub. Xalq artistinin Bolgexeber.com-a verdiyi məlumata görə, birliyin İdarə heyətinin ötən gün keçirdiyi toplantısında gənc müğənni Aynişan Quliyeva təşkilatın mədəniyyət məsələləri üzrə katibi təyin olunub. Qeyd edək ki, Aynişan “Bülbüllər” musiqi kollektivində solist çalışıb, Azərbaycanı bir sıra beynəlxalq müsabiqələrdə təmsil edib.