BolgeXeber.Com » Sosial » Hər yeni doğulan uşağımıza 1000 manat verilsin

Hər yeni doğulan uşağımıza 1000 manat verilsin

16-01-2012, 12:25
Oxunub: 4 584 Millət vəkili Fazil Mustafa yeni doğulan uşaqlar üçün 75 manat birdəfəlik müavinətin verilməsinin sadəcə ölkəmizdə insana olan münasibətin nə qədər acınacaqlı olmasının ən bariz sübutu adlandırıb.

Bolgexeber.com xəbər verir ki, millət vəkili deyib ki, inflyasiyanın hər ay artdığı, qiymət artımının bazarda tüğyan etdiyi bir vəziyyətdə bu gülünc rəqəmin heç bir əsaslandırması ola bilməz. Fazil Mustafanın fikrincə hökumət müavinət rəqəmi minimum 1000 manat məbləğində müəyyənləşməli və bu sahədə heç olmazsa Rusiya modelinə yaxın bir siyasət izlənməlidir: “Rusiyada hər bir hamilə anaya “Analıq krediti” deyilən bir hesab açılır və 25 min rubl vəsait hökumət tərəfindən qoyulur. Qonşu ölkədə uşaq dövlət qayğısını ana bətnində hissi etməyə başlayır, bizdə isə ancaq dünyaya gələndən sonra. Əgər təcili olaraq ana və uşaqların normal müayinə və müalicəsini, eləcə də yetərli qidalanmasını təmin edəcək sosial siyasət müəyyənləşməsə, sağlam nəsil yetişdirmək barədə boğazdan yuxarı çağırışların heç bir mənası olmayacaq”.