BolgeXeber.Com » Ölkə » “Bank Standard”ın Gəncə filialında müdhiş dələduzluq – FAKTLAR

“Bank Standard”ın Gəncə filialında müdhiş dələduzluq – FAKTLAR

15-05-2015, 20:05
Oxunub: 3 495 “Bank Standard”ın Gəncə filialında müdhiş dələduzluq – FAKTLAR““Bank Standard”-ın min bir oyunu

Bakının Hövsan qəsəbəsi sakini Rafiq Əhmədxanov tia.az-a məktub göndərib. R.Əhmədxanov həyat yoldaşı Yeganə xanımla birgə müraciətində qeyd edib ki, “Bank Standard” tərəfindən ailənin başına müsibət gətirilib.

Onun sözlərinə görə, ailəyə məxsus külli-miqdarda pul “Bank Standard”ın kreditoru olmuş Sevda Gözəlova tərəfindən mənimsənilib. Gəncə sakini olan S.Gözəlova borcunu qaytara bilmədiyinə görə bankın mütəxəssisləri tərəfindən vətəndaşlara qarşı dələduzluq etməyə təhrik olunub.
Müraciətdə deyilir ki, 2009-2012-ci illərdə əvvəlcə S.Gözəlovanın adına qaytarmaq adı ilə 40 min manat götürülüb. Pulun qaytarılması üçün Sevda və bacısı Aynur şəxsi mağazalarını satıb. Moskvada olan biznesdən gələn pulların gətirilməsi üçün daha 10 min manat məbləğində pul alıblar.
Bacılar pulun qaytarılmasından imtina ediblər. Ümumi məbləği 50 min manat olub. 2014-cü ildə borc verən Rafiq Yeganə xanımla Gəncə şəhərinə gəlib.
“Bank Standard” KB-nin 8-ci filialına gələrək məhz bu banka göndərdikləri pul köçürmələrinin sənədlərinin surətlərini tələb ediblər. Bank işçiləri bəzi faktların açılmasından narahat olaraq, mühafizəçiləri çağırmış və zərəçəkmişləri bankadan kobudcasına qovublar.
Onlar Gözəlova bacılarının yaşadığı mənzilə gələrək göndərdikləri pullarının qaytarılmasını tələb ediblər. Başlanmış hay-küyə qonşuların yığıldığını görən S.Gözəlova Yeganə xanımı sakitləşdirib. Ona qəbzlə 400 və 500 manat borcun bir hissəsinin qaytarıb. Yaxın zamanlarda qalan borcu qaytarmağa söz verib.
Bu arada Sevdanın bacısı Aynur Yeganə xanıma ayrılıqda etiraf edib ki, bankla göndərdiyiniz pulun yalnız cüzi hissəsi Sevdaya çatmış, qalanını bank alıb. Bu ifadədən sonra zərərkəçmişlər Bakıya qayıtmış və mərkəzi ofisinə əvvəlcə Gəncə filialındakı özbaşınalıqla bağlı şikayət ərizəsi veriblər.
Gəncə filialı işçilərinin – Süleymanova Aygün Müzəffər qızının, Musayev Xəyal sabir oğlunun, Musayev Vidadi sabir oğlunun, Paşayeva Günay Asif qızının, Ələkbərova Solmaz Bəhram qızının adına (450109440400000100) hesabı üzrə 8450 manat pul ayrı-ayrı tarixlərdə göndərilib.
Bankın gəncə filialının verdiyi 10 qəbzdə 70-ci qrafa bölməsinə köçürülən pulun təyinatı haqqında maraqlı qeyd var. Həmin qrafada təyinatın maddi yardım olduğu göstərilir. Görünür bank işçiləri bu qeydləri yazmaqla S..Gözəlovanı pulu qaytarmadığı halda gələcək məsuliyyətdən azad olunması üçün seçdikləri variantlardan biridir.
S.Gözəlovanın R.Əhmədovdan niyə məhz pulları yalnız bankın Gəncə filialına və həmin filialın 5 nəfər işçisinin də adına köçürmə etməsi xahişi sual doğurur.
Yəni, təqdim olunmuş sənədlər və ifadələrdən belə məntiqi nəticəyə gəlmək olur ki, S..Gözəlova həmin bankdan aldığı külli-miqdar krediti qaytara bilmədiyinə görə çətin vəziyyətə düşmüş, ona bu problemi həll etmək üçün “Bank Standard” KB-nin 8-ci filialının adları qeyd edilən 5 nəfər işçisi tərəfindən borcu “ödəmək yolları” göstərilib. Bu istiqamətdə necə hərəkət etməsi təlimatlandırılmış, köməklik göstərilib.
S.Gözəlovanı düşüdüyü ağır vəziyyətindən istifadə edərək ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla onu digər şəxsin etimadından sui-istifadə etmə və ya aldatma yolu ilə Rafiq Əhmədxanovun 50 min manatadək pulunu ələ keçirməyə təhrik edilib.
BOLGEXEBER.COM