BolgeXeber.Com » Ölkə » Dələduz müdirə və Qazax icrasının adı maliyyə xəyanətində

Dələduz müdirə və Qazax icrasının adı maliyyə xəyanətində

15-05-2015, 20:09
Oxunub: 3 345 Dələduz müdirə və Qazax icrasının adı maliyyə xəyanətindəQazaxda bağça müdirəsinin kredit götürdüyü banklardan biri də Beynəlxalq Bank olub

Rayonun Xanlıqlar kənd bağçasının müdiri Xatirə Əsgərova 200-ə qədər kənd sakinini aldatdığı zaman Cahangir Hacıyevin vaxtilə sədri olduğu bankdan onların adına kredit yazdırıb.
Rayondakı bank filialları vasitəsilə ümumi dəyəri 103 min manatdan çox olan kreditlər rəsmiləşdirilib. Ziyançəkən şəxslər deyir ki, kənd uşaq bağçasının müdiri Xatirə Əsgərova oğluna ev alacağı adı ilə həmkəndlilərinin adına müxtəlif banklardan kreditlər götürüb.
Əksər şəxslərin adına azı 3-4 fərqli banka kredit rəsmiləşdirilib. Filiallardan biri də Beynəlxalq Banka aiddir. Ona icra başçısı Ayaz Əsgərovun əvvəllər dəstək verdiyi bildirilir. Çünki Qazax rayon İcra Hakimiyyətinin sektor müdiri-baş mühasib Qurban Babayev müdirənin kürəkənidir. Mövzunu diqqətdə saxlayacağıq.
Tia.az