BolgeXeber.Com » Ölkə » Fərəhin arzusu gözündə qalan anası: "Mənim mələk balam..."-Fərəh torpağa əmanət olundu- Video

Fərəhin arzusu gözündə qalan anası: "Mənim mələk balam..."-Fərəh torpağa əmanət olundu- Video

20-05-2015, 15:04
Oxunub: 7 895 Fərəhin arzusu gözündə qalan anası: "Mənim mələk balam..."-Fərəh torpağa əmanət olundu- VideoBakının Binədəki rayonundakı çoxmərtəbəli yaşayış binasındakı dəhşətli yanğında həlak olan 3 yaşlı Fərəh balamızın anasının Facebook profilində yazdığı, ürəkləri riqqətə gətirən statusu sosial şəbəkələrdə yayılır

Milli.Az bildirir ki, bu gün səhər saatlarında Binəqədi rayonunda baş vermiş yanğında həlak olanlar arasında 3 yaşlı Fərəh Məhərrəmova da vardı.
Sosial şəbəkələrdə onun anası Günay Məhərrəmovanın ötən ilin sentyabrında Facebook-da yazdığı status dolaşır.
Günay xanım həmin statusunda yazmışdı: "Düz iki il əvvəl, bugünkü gündə həyatımdakı bütün buludlar dağıldı, ömrümə bir Günəş doğdu, Fərəhim oldu, işığım oldu, qəlbimi isitdi. Xoşbəxtliyin necə olduğunu gördüm, sevincin, gülüşün nə olduğunu anladım, həyatın gözəlliyini dərk elədim.

Nə yaxşı ki, doğuldun - mənim mələk qızım, nə yaxşı ki, həyatımda var oldun, varlığınla məni də yaşatdın. Allah yolunu açıq, bəxtini gözəl, şansını bol eləsin. Atdığın hər addım sənə uğur gətirsin, getdiyin hər qapı üzünə xeyirliyə açılsın. Allah səni qorusun, bəd nəzərdən, mərdimazardan uzaq eləsin. Həyatında həmişə güllər açsın. Mamalı-papalı böyüyəsən, gözəl qızım. 100 yaşa, nazlı balam! Amin"
Çox təəssüflər ki, ananın arzusu ürəyində qaldı.
Allah Fərəh balamıza rəhmət eləsin!
***
Bakıda baş verən yanğında həlak olanlardan 2 nəfəri bu gün Qubada dəfn olunub.


BOLGEXEBER.COM ans tv-yə istinadən xəbər verir ki, 3 yaşı hələ tamam olmamış Fərəh Məhərrəmovanın meyiti bu gecə ata evinə Xaçmaz şəhərinə gətirilib. Saat 12:00-da körpə Fərəh baba yurdu olan Quba şəhər qəbiristanlığında dəfn olunub. Balaca Fərəhin babası, ixtisasca hüquqşünas olan Şəvkət Məhərrəmov uşağın anası Günayın da hadisədən zərər çəkdiyini, hazırda Toksikologiya Mərkəzində ağır vəziyyətdə olduğunu deyib.

Yanğında həyatını itirənlərdən daha birinin meyiti Qubaya gətirilib. Elmira Yəhyayeva da bu gün Quba qəbiristanlığında dəfn olunub. Hadisə zamanı zəhərlənərək xəstəxanaya çatdırılan, 65 yaşlı Elmira Yəhyayeva bu gün gecə saatlarında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində vəfat edib. Mərhumun cənazəsi bu gün səhər saatlarında Quba şəhərinə gətirilib. Oğlu Murad Yəhyayev hadisə zamanı mənzildə anası, həyat yoldaşı, 2 uşağı, Qubadan onlara qonaq gəlmiş bacısı, 49 yaşlı Rəhimə Ələkbərovanın olduğunu deyir. İndi onlar Toksikologiya Mərkəzində müalicə olunurlar.
BOLGEXEBER.COM