Yüksək sürət Masallıda 3 nəfərin canını aldı
13-10-2010, 10:35
Oxunub: 5 900
Maşın əvvəlcə ağaca çırpılıb, sonra isə yaxınlıqdakı su kanalına düşüb
Masallı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. “Bolgexeber.com”-un bölgə müxbirinin məlumatına görə, hadisə axşam saat 21.00 radələrində Masallı-Boradigah yolunun 10-cu kilometrliyində, rayonun Dəmirçi kəndi ərazisində baş verib.
Rayonun Qızılavar kənd sakini, 20 yaşlı Surac Qulamhüseyn oğlu Məmmədovun idarə etdiyi “Mercedes-190” markalı 90-DV 182 dövlət nömrə nişanlı avtomaşın Masallı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Maşın əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, sonra isə yaxınlıqdakı su kanalına düşüb.
Hadisə nəticəsində maşın tam yarasız vəziyyətə düşüb və maşında olanların üçü də, Qızılavar kənd sakinləri – 20 yaşlı sürücü Curac Qulamhüseyn oğlu Məmmədov, onun sərnişinləri 31 yaşlı Nemət Balakişi oğlu Bayramov və 31 yaşlı Ramin Heydər oğlu Lətifov ölüb.
Maşın və içindəkilər kanaldan kənd sakinlərinin köməkliyi ilə çıxarılıb. Hər 3 meyit müayinə edilməsi üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Masallı rayon şöbəsinə gətirilib və müayinə edildikdən sonra sahiblərinə verilib.
Qeyd edək ki, Masallı rayon polis şöbəsi dövlət yol polisinin əməkdaşları hadisə yerində olub və ilkin araşdırmalara başlanılıb. Şöbənin işi araşdıran müstəntiqi hadisənin yüksək sürət səbəbindən baş verdiyini bildirib.
Artıq faktla bağlı Msallı rayon polis şöbəsində AR CM-nin 263.3 maddəsi ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər