BolgeXeber.Com » Xəbərlər » Tərtər məktəbliləri Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında-FOTO

Tərtər məktəbliləri Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında-FOTO

22-05-2015, 18:36
Oxunub: 4 063 Tərtər məktəbliləri Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında-FOTOMayın 22-də Tərtər Rayon İcra Hakimiyyəti Gənclər və İdman İdarəsi və Rayon Təhsil şöbəsi ilə birlikdə Heydər Əliyev Mərkəzində saxlanılan İlk Avropa Oyunlarının çırağı ətrafında tədbir keçirib

Tədbirdə şəhər 2 saylı məktəb liseyin, şəhər 3 saylı və Təzəkənd kənd ümumi orta məktəblərinin şagirdləri iştirak etmişlər. Tədbir şəhər 2 saylı məktəb liseyin şagirdləri tərəfindən hazırlanmış musiqili kompozisiya ilə başlamış, sonra digər məktəblərin şagirdləri də onlara qoşulmuşlar. Məktəbilər İlk Avropa Oyunlarına həsr olunmuş mahnılar oxumuş və şerlər demişlər.

Tədbirdə H.Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış edərək “Birinci Avropa Oyunlarının məşəlinin rayonumuza gəlişi cəbhə bölgəsində yaşayan tərtərlilərdə böyük ruh yüksəkliyinə səbəb olduğunu, ölkəmizdə keçiriləcək Avropa Oyunları şagirdlərin yaddaşında uzun müddət qalacağını, onlarda idmana marağın və vətənpərvərlik hisslərinin artmasında mühüm rol oynayacağını vurğulamışdır.

Tədbir iştirakçıları böyük ruh yüksəkliyi ilə öz ürək sözlərini bldirmişlər.

Sonda çıraq ətrafında xatirə şəkli çəkilmişdir.
BOLGEXEBER.COM
Tərtər məktəbliləri Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında-FOTO
Tərtər məktəbliləri Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında-FOTO
Tərtər məktəbliləri Bakı 2015 I Avropa Oyunlarının çırağı ətrafında-FOTO