BolgeXeber.Com » BÖLGƏ TV » Yanan binadan özünü atan şəxsin dayısı oğlu danışdı - VİDEO

Yanan binadan özünü atan şəxsin dayısı oğlu danışdı - VİDEO

22-05-2015, 19:05
Oxunub: 3 046 Yanan binadan özünü atan şəxsin dayısı oğlu danışdı - VİDEOMayın 19-da Bakıda faciə zamanı özünü doqquzuncu mərtəbədən atan Yaşar Nəcəfzadənin dayısı oğlu Rüstəm “Günə baxan” verilişinə zəng vurub.

Axşam.az-ın məlumatına görə, o, dünyasını dəyişən 27 yaşlı gəncdən danışıb:

“Nəslimizin ən istəkli oğlu, fəxrimiz idi. “Həri”si olmuşdu. Yanğın günü səhər yatırmış. Dostları zəng vurub ki, gedək şəhərə. İstəməyib ki, yatacam. Deyiblər, biz gələnə kimi yat. Sonra özü dostlarına zəng edib ki, yanğındır, məni xilas edin. 16-cı mərtəbədən qonşusu ilə birlikdə aşağı düşüblər. Doqquzuncu mərtəbəyə çatanda deyib, burada yanmaqdansa, özümü atıram. Qonşu bildirib ki, etmə, gəl düşək. Dayanmayıb, elə bilib dördüncü-üçüncü mərtəbədədir, heç nə olmayacaq. Ondan əsər-əlamət qalmamışdı. Heç bir gün də saxlaya bilmədik. Yanğın günü gecə fənər işığında dəfn etdik”.