BolgeXeber.Com » Şou-Biznes » Kərim: Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir – FOTO

Kərim: Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir – FOTO

23-05-2015, 15:23
Oxunub: 4 337 Kərim: Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir – FOTOMüğənnidən Mehriban Xanlarovaya ismarış

Xəbər verdiyimiz kimi müğənni Xatirə İslam “Maşın” realiti şousundan əməkdar artist, aktrisa Mehriban Xanlarovanı uzaqlaşdırıb. Bundan sonra iki xanım iştirakçı arasında qalmaqal başlayıb.

BOLGEXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, müğənni Kərim də olanlara biganə qalmayaraq İnstaqram hesabında Mehriban Xanlarovanı necə deyərlər, ağ yuyub, qara sərib.

“Əslində mən bir Dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün Dağlı xanımlarının adı ləkələnir. Dağlı xanımı hər bir azərbaycanlı xanımı qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çox insanların beynində dağlılar başqa cür formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir, biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın”, - deyə Kərim Abbasov yazıb.
Kərim: Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir – FOTO