BolgeXeber.Com » Gündəm » Sumqayıt məktəblərində növbə biznesi, "rüşvət preyskurantları"- Mikayıl Cabbarovun nəzərinə

Sumqayıt məktəblərində növbə biznesi, "rüşvət preyskurantları"- Mikayıl Cabbarovun nəzərinə

26-05-2015, 11:59
Oxunub: 4 286 Sumqayıt məktəblərində növbə biznesi, "rüşvət preyskurantları"- Mikayıl Cabbarovun nəzərinəMəktəb direktorları dolayısıyla valideynlərə çatdırır ki, 500 manat (aşağı siniflərdə bu rəqəm 800 manat təşkil edir) yığıb verməyən sinif avtomatik ikinci növbəyə keçiriləcək

Bolgexeber.com-un redaksiyasına Sumqayıt Təhsilində baş verən özbaşınalıqlar və qanunsuzluqlar barəsində maraqlı məlumatlar daxil olub. Bizə daxil olan məlumatda bildirilir ki, dərs ili sona çatsa da Sumqayıt məktəblərində ölkənin az qala bütün məktəblərində olduğu kimi pul yığımı və rüşvət bitmək bilmir. Sumqayıtda orta məktəblərdə artıq indidən gələn il üçün valideynlərdən direktorlar tərəfindən pul toplanılır. Belə ki, Sumqayıt Təhsilində rüşvətin çox incə bir növü-“smen”-növbə biznesi artıq çoxdan kök salaraq çiçəklənir. Mexanizm belədir:Tutaq ki, hansısa orta məktəbdə 60-dan çox sinif var və əksər siniflərdə şagirdlər səhər növbəsində dərsə gedir.Təbii ki, şagirdlərin çoxu və ələlxüsus onların valideynləri uşaqlarının ikinci-günörta növbəsində olmasını istəmir və məhz bu incə nüansdan məktəb direktorları çox ustalıqla istifadə edir. Məktəb direktorları dolayısıyla valideynlərə çatdırır ki, 500 manat (aşağı siniflərdə bu rəqəm 800 manat təşkil edir) yığıb verməyən sinif avtomatik ikinci növbəyə keçiriləcək. Bir növ cəza kimi, pul vermədiyinə görə. Beləliklə hər şagirdə adambaşına 25-30 manat pul düşür. Mraqlıdır ki, bu missiyanı adətənsinif rəhbərləri belə yox Valideyn Komitəsi öz üzərinə götürür. Hansı ki, bir qayda olaraq baş verən neqativ halları və direktorların qanunsuz əməllərini dəstəkləyirlər,daha doğrusu dəstəkləməyə məcburdurlar. Ən dəhşətlisi və acınacaqlısı odur ki,bu iyrəncİliklərə valideynlərin çoxu etiraz etmirlər, bunu normal qəbul edirlər. Şikayət edən isə yalnız pulu verə bilmədiyinə görə, imkansızlığa görə şikayət edir.Bu da cəmiyyətmizin nə durumda olmasının götəricisidir. İnsafən onu da qeyd edək ki, “smen pulu” yığımını bütün məktəblərə şamil etmək olmaz. Çünki bəzi məktəblər var ki, orada ümumiyyətlə günorta növbəsi yoxdur. Sumqayıt məktəblərində “populyar” olan pulyığma növlərinin bəzilərinin preyskurantları belədir:
─ Şagirdin həqiqətən məktəbdə oxumasına görə verilən arayış- 0.50 qəpik
─ Şagirdin bir məktəbdən digər məktəbə keçirilərkən alınan məbləğ- 50 manat
─ 1-ci siniflərdə dərs ili başlanarkən hər uşaqdan alınan “şirni pulu”-10 manat
─ Süpürgəciyə dərs otağını süpürdüyünə görə hər şagirddən 0.20 qəpik
─ Təhsil şöbəsi tərəfindən fənlər üzrə keçirilən monitorinq zamanı hər monitorinqə görə hər şagirddən 1manat.
─ Təhsil nazirliyinin Sumqayit Təhsil şöbəsinin möhürü vurulmuş Fəxri Fərmanın qiyməti -1.50 manat (nəzərə alın ki, bu fəxri fərmanlar pulun daha çox yığılması üçün 3, hətta 2 alanlara belə verilə bilir. Təbii ki, pulun müqabilində).
─Çoxsaylı testlərə görə hər şagirddən ilboyu “150”dəfə alınan məbləğ 0.20 qəpik.


Xatırladaq ki,bu Sumqayit məktəblərində mövcud olan rüşvət növlərinin yalnız bir hissəsidir.
Sumqayıtda orta ümumtəhsil məktəblərin sayının 50-yə yaxın olmasını, hər məktəbdə isə 1000-1500 şagird olmasını , təhsil müəssislərində 56000 min nəfər şagirdin təhsil nəzərə almasını nəzərə alsaq hər il umumən Sumqayıt məktəblərində yığılan pulun dövriyyəsinin 100 min manatlarla ölçülməsini təxmin etmək olar. Şikayətçi həmçinin Sumqayıt məktəblərində rüşvətin kütləvi hal aldığı halda Təhsil Nazirliyinin məsləhət bildiyi kimi qaynar xəttə (məlumat üçün bildirək ki, Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin nömrəsi 146 – 1-dir) zəng edənlərin çox az olmasınında səbəbini anlatır:
“Əslində Sumqayıt Təhsil sistemində mövcud acınacaqlı durum bütün ölkə üzrə xarakterikdir. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov təhsli müəissisələrində çoxsaylı bəhanələrlə məktəblərdə qanunsuz pul yığımları haqda sualları cavablayarkən mətbuata bildirir ki,“Vətəndaşlar 146-1 nömrəli qaynar xəttimizə müraciət etməklə şikayətlərini çatdıra bilərlər. Bununla bağlı bir müddət öncə bizim ciddi bir açıqlamamız olmuşdu. Amma qaynar xəttə müraciət edənlərin ad-soyadlarını demələri vacibdir”. Amma bu heç də səmimi müraciət deyil.
İş orasındadır ki, Təhsil rəsmiləri gözəl bilirlər ki, valideynlərin çoxu şikayət etməyə meyilli deyillər,bundan çəkinirlər. Kimisi söz hüquqlarını bilmədiyinə görə,kimisə qorxudan. Çünki bu onlara başağrısı gətirir. Bu baxımdan qanunsuzluqla qarşılaşan vətəndaşı çox da qınamaq düzgün deyil.Əsində neqativ halları,qanunsuzluqları aşkar etmək nazirliyin daxili nəzarət şöbəsinin birbaşa vəzifəsidir. Şikayətçi bilir ki, o rəsmi şikayət edən zaman çək-çevir ediləcək, hüquq-mühafizə orqanları tərəfindən get-gələ salınacaq və direktorun təyziqinə məruz qalacaq. Bundan başqa şikayət edən hər valideynin uşağı məktəb rəhbərliyi tərəfindən gözumçıxdıya salınır,”repressiyaya” məruz qalır. Təbii ki, bu səbəblərdən hər valideyn şikayət etməyə ürək etmir.
Bu səbəblərdən vətəndaşlar başını bəlaya salmayaraq daha təhlükəsiz varianta - qanunsuzluqla bağlı daha çox mətbuta informasiya ötürür,nəinki rəsmi orqanlara müraciət edir. Beləliklə o bununla özünü sığortalamış olur və ümid edir ki, bəlkə bir müsbət reaksiya olar,qanunsuzluq edən məmur ,direktor bəlkə cəzalana... Amma insanlar sadəlöhv də deyillər.Çoxlarına aydındır ki,qanunsuzluq edən məktəb direktoru ,hansı ki, 200-300 manat maaşla varlı həyatı məhz korrupsiya hesabına sürür, özbaşına deyil.Və əgər vəzifələr satıırsa və hər şeyin öz haqqı varsa, təbii ki, hansısa cəzadan söhbət gedə bilməz. Cəza yalnız o zaman baş verir ki, şikayətçi əl çəkmir, qorxmur, təhsil sistemində baş verən yüzminlərlə hallardan birinin videosunu mətbuatda yayır, faktları mətbuatda işıqlandırır, problemi qabardır və məsələ artıq o qədər ictimailəşir, mətbuatın gündəmində saxlanılır ki,Təhsil rəsmiləri artıq öz imicləri naminə məcbur olurlar həmin direkroru və ya hansısa məmuru vəzifəsindən kənarlaşdırsınlar.

Hətta sovet dövründə belə praktik var idi qanunu pozanı ifşa etmək üçün şikayət gözləməyi və məmurun qanunu pozan məqamı gözləməyə ehtiyac yox idi. Məsələn, hüquq-mühafizə orqanları özləri öz əməkdaşını adi vətəndaş qismində məmurun qəbuluna göndərib rüşvət təklif edirdilər və məmurun həbsini tezləşdirirdilər. Hal-hazırda da şikayətçini gözləmək və sonra tədbir görməyə lüzum yoxdur. “Qaynar xətt”siz də məktəblərdə nə baş verməsini müəyyən etmək çətin deyil. Təbi ki,Təhsil Nazirliyinin buna istəyi və iradəsi olsa... “
BOLGEXEBER.COM