BolgeXeber.Com » Bölgə » Tovuza dolu yağdı, sahələr məhv oldu

Tovuza dolu yağdı, sahələr məhv oldu

26-05-2015, 12:18
Oxunub: 4 132 Tovuza dolu yağdı, sahələr məhv olduTovuzun dağ kəndlərinə güclü dolu yağıb

TTV xəbər verir ki, təxminən 40 dəqiqə davam edən dolu rayonun Qandallar, Çatax, Böyük Qışlaq, Kazımlı kəndlərində əkin sahələrini, yaşayış evlərinin dam örtüklərini, pəncərə şüşələrini yararsız hala salıb.

İlkin məlumata əsasən, 230 evə ziyan dəyib. Güclü küləklə müşahidə olunan dolu, ardından yağışa çevrilib ki, bu zaman Qandallar kəndi ərazisindən axan çayın üzərindəki kiçik körpü də uçub.

Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Şakir Rüstəmovun verdiyi məlumata görə, təbiət hadisəsi nəticəsində 2 evi su basıb. Bundan başqa meyvə bağları, 100 hektara yaxın kartof sahəsi buz parçalarının altında qalaraq məhv olub. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlilərə dəyən ziyanın miqdarını hesablayırlar.
BOLGEXEBER.COM