BolgeXeber.Com » Bölgə » Hacıqabulda “28 May- Azərbaycan tarixinin şanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO

Hacıqabulda “28 May- Azərbaycan tarixinin şanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO

26-05-2015, 13:43
Oxunub: 3 385 Hacıqabulda “28 May- Azərbaycan tarixinin şanlı səhifəsi” adlı tədbir keçirildi-FOTO28 May- Azərbaycan tarixinin şanlı səhifəsi

26.05.2015-ci il tarixində Heydər Əliyev Mərkəzində 28 may Respublika günü münasibəti ilə “28 May- Azərbaycan tarixinin şanlı səhifəsi” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.Azərbaycan Himni səsləndirildikdən sonra, Mərkəzin direktoru geniş məruzə ilə çıxış edərək bildirdi ki, Şərqdə ilk demokratik dövlət qruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Mərkəzin əməkdaşları Nurlanə Muradova, Təranə Məlikova, Mərkəzi kitabxananın işçiləri Səkinə Qarayeva, Aidə Ağaməmmədova da çıxış etdilər.Sonda 28 May- Respublika gününə həsr olunmuş sənədli filmə tamaşa edildi.
BOLGEXEBER.COM