BolgeXeber.Com » Bölgə » Bərdədə karate turniri keçirildi-FOTOLAR

Bərdədə karate turniri keçirildi-FOTOLAR

27-05-2015, 13:20
Oxunub: 4 568 Bərdədə karate turniri keçirildi-FOTOLAR27 may 2015-ci il tarixdə Bərdə Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “28 may Respublika günü” nə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında karate –do üzrə rayon birinciliyi keçirilmişdir

Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq idmançıları qarşıdan gələn bayram münasibətilə təbrik etdi. Sonra “Respublika günü”nün dövlət bayramı kimi qeyd olunması barədə məlumat verərək, bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğıdan, qarşıdan gələn I Avropa oyunlarından, rayon idmançılarının son illərdə əldə etdikləri uğurlardan danışdı. Sonra karate-do üzrə məşqçi -müəllimlər II dan qara kəmər ustaları Nurəddin Əliyev və Ərəstun Məmmədov çıxış etdilər.Tədbirin sonunda yarışın qaliblərinə müvafiq dərəcəli diplom və medallar təqdim olundu.
BOLGEXEBER.COM
Bərdədə karate turniri keçirildi-FOTOLAR
Bərdədə karate turniri keçirildi-FOTOLAR
Bərdədə karate turniri keçirildi-FOTOLAR
Bərdədə karate turniri keçirildi-FOTOLAR