BolgeXeber.Com » Şou-Biznes » Səidə Sultan: "Abırımı çöldən tapmamışam ki! Bir qəza idi, oldu-VİDEO

Səidə Sultan: "Abırımı çöldən tapmamışam ki! Bir qəza idi, oldu-VİDEO

28-05-2015, 13:34
Oxunub: 35 183 Səidə Sultan: "Abırımı çöldən tapmamışam ki! Bir qəza idi, oldu-VİDEOMüğənni Səidə Sultan Space-də yayımlanan “Əsl şou” verlişində qarşılaşdığı xoşagəlməz hadisədən danışıb

Qeyd edək ki, müğənni mahnı oxuyarkən geyiminin sinəsi açılıb. Sənətçi ölkə.az-a açıqlamasında bildirib ki, canlı yayımdan öncə geyimində heç bir problem olmayıb:

"Əslində efirə çıxanda o geyimin mənə heç bir narahatçılığı yox idi. Hamının geyindiyi qısa paltardı. Guya Azərbaycanda qısa paltarı tək mən geyinmişəm? Sadəcə, arxada iki mikrofon asıldığına görə belə oldu. O mikrofonlar mən oynayan vaxt sürüşdü və belə nəticələndi. Efirə baxan insanlar da gördülər ki, necə məyus oldum. Gözlərim bərələ qalmışdı. Abırımı çöldən tapmamışam ki, çıxıb efirdə sinəmi çöldə qoyum? Bir qəza idi, oldu. Hamının başına gələcək işdir. Mən efirdəyəm deyə daha çox nəzərə çarpıram. Hansısa qadının da yolla gedəndə yupkası, köynəyi cırıla bilər. Bunu belə şişirdib xalq düşməninə çevirmək lazım deyil, ayıbdır. Bir-birimizi bu dərəcədə vurmayaq. Hamının anası-bacısı var. Bəyəm o sinə tək məndədir? İndi canlı efirdi bilmədən başıma gəldi. Bilərkdən heç vaxt belə etmərəm".

BOLGEXEBER.COM