BolgeXeber.Com » BÖLGƏ TV » Maşını rayon qeydiyyatında olanlar - Bu xəbəri qaçırmayın - VİDEO

Maşını rayon qeydiyyatında olanlar - Bu xəbəri qaçırmayın - VİDEO

28-05-2015, 16:01
Oxunub: 2 934 Maşını rayon qeydiyyatında olanlar - Bu xəbəri qaçırmayın - VİDEOBelə avtomobillərin aqibəti necə olacaq?

Məlumdur ki, Avropa oyunları ərəfəsində və oyunlar zamanı bölgələrdən və Sumqayıt qeydiyyatında olan avtomobillərin Bakıya girişi məhdudlaşdırılacaq. Amma elə şəxslər var ki, özləri Bakı, maşınları isə rayon qeydiyyatındadır.Bəs belə avtomobillərin aqibəti necə olacaq? Belə avtomobillərin hərəkəti necə tənzimlənəcək? İyunun 1-dən etibarən etibarən paytaxt Bakıya bəzi avtomobillərin daxil olmasına məhdududiyyətlər qoyulacaq. Söhbət müxtəlif rayonlardan gələn minik avtomobillərindən gedir.
Bu zaman avtomobil və sürücünün harada qeydiyyatda olması nəzərə alınacaq. Hətta bəzi Bakı qeydiyyatında olan maşınlar da paytaxta buraxılmaya bilər.
Bununla bağlı şəhərin şimal və cənub girişlərində olan postlarda bölgələrdən gələn avtomobillərə nəzarət ediləcək. Rayon qeydiyyatında olan heç bir avtomobil Bakıya buraxılmayacaq.
Bölgələrdən gələn sürücülər Qaradağ və Abşeron rayonunda ayrılmış xüsusi dayananacaqlarda avtomobillərini saxlayıb istədikləri yerə avtobuslarla gedə biləcəklər.
BOLGEXEBER.COM