BolgeXeber.Com » BÖLGƏ TV » Nəsimi rayonundakı Heydər parkı bərbad vəziyyətdədir-VİDEO

Nəsimi rayonundakı Heydər parkı bərbad vəziyyətdədir-VİDEO

28-05-2015, 17:48
Oxunub: 2 506 Nəsimi rayonundakı Heydər parkı bərbad vəziyyətdədir-VİDEOGördüyümüz mənzərə onu deməyə əsas verir ki , havalar daha da isindikcə parkdakı hovuz xəstəlik mənbəyinə çevriləcək

Nəsimi rayonu Yeganə şadlıq sarayı ilə üzbəüz yerləşən Heydər parkı da insanların istirahət edəcəyi, uşaqları gəzdirəcəyi və səmərəli vaxt keçirəcəyi yerlərdən biridir. Lakin son zamanlar parkın bərbad vəziyyətdə olması hər kəsin ciddi narahatçılığına səbəb olub.

Parkın acınacaqlı vəziyyəti ilə tanış olan BTV əməkdaşları bildirir ki, parkın mərkəzindəki hovuz su əvəzinə zibillərlə doludur. Uşaqlar isə həmin zibilli hovuzda və onun ətrafında oynayırlar.
Əməkdaşlarımızın çəkdiyi fotolardan da göründüyü kimi hovuzun içi zibillə dolub.Bir sözlə buradakı vəziyyət ürəkbulandırıcıdır.

Gördüyümüz mənzərə onu deməyə əsas verir ki , havalar daha da isindikcə parkdakı hovuz xəstəlik mənbəyinə çevriləcək. Belə olan halda isə, antisanitariya şəraitində həvəslə oynayan uşaqların gələcək taleyi heç kəsə məlum deyil.
BOLGEXEBER.COM