BolgeXeber.Com » Gündəm » "Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR

"Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR

1-06-2015, 11:09
Oxunub: 5 876 "Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR"Azəryolservis"də Cavid Qurbanovdan qalma problem

Ucar rayonu Gəraybəyli kəndi sakini Cəbrayılova Gültəkin İnşallah qızı redaksiyamıza şikayət ərizəsi ünvanlayıb.BOLGEXEBER.COM -a daxil olan ərizənin mətnində deyilir:

""Azəryolservis" ASC mənim ailəmi 1-ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektimizi bağlayıb, bizi işsiz qoyub, mülkiyətimizi əlimizdən almaq istəyir.Belə ki, Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ucar rayon ərazisindən keçən hissəsində aparılan işlərə görə qanunu sənədlərlə mülkiyyətimiz olan yük avtomaşınlarının təmiri sexinini fəaliyyəti qanunsuz olaraq dayandırılıb.Həmin sexə gedən yol bağlanılıb deyə bir ildir işləmir.1995-ci il tarixdə mərhum həyat yoldaşım Cəbrayılov Məhəmmədəli Şirxan oğlu həmin torpaq sahəsini alıb sənədlə qanunu qaydada sex tikdirdi.

Həyat yoldaşım və öğlanlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular ki, buna görə vaxtlı-vaxtında dövlətə vergi ödəyirdik.2011-ci il tarixdə həyat yoldaşım böyrək dializi xəstəliyindən dünyasını dəyişdi.Həyat yoldaşım xəstə olan vaxt avtomobil təmiri sexini satıb onun müalicəsinə xərcləmək istəyəndə o xəstəliyinin sağalmayacağını bilib buna icazə vermədi ki, bu sex 8 nəfərlik ailəmin daimi iş, çörək yeridir. İndi isə "Azəryolservis" ASC haqqı-halal qnunu mülkiyyətimizi əlimizdən alır.Həmin sexə gedən yolu tikintiyə görə 1-ildir bağlayıb bizim ailəni işsiz çörəksiz qoyublar".

Daha sonra Ucar sakini yazır: "Biz buna görə Ucar Rayon İcra Hakimiyəti başçısının qəbulunda olub şikayətimizi etdik.İcra başçısının tapşırığından sonra"Azəryolservis" Asc-nin Azər adl məsul vəzifəli əməkdaşı gəlib bizə 17000 manat kompensasiya təklif etdi və bildirdi ki, tikinti başa çatdıqdan sonra işinizi davam etdirib sexinizin fəaliyyətini bərpa edərsiniz. 31 may 2015-ci il tarixdə isə"Azəryolservis" Asc-nin Azər adl əməkdaşı gəlib bildirdi ki, "müdriyyət dedi ki, onlara heç bir kompensasiya düşmür, bu yolu və körpünü dövlət çəkir, yol çəkiləndən və körpü tikiləndən sonra sexlərini açıb işləyərlər". Ancaq magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün orada bundan sonra işləmək heç cürə mümkün olmayacaq.Ona görə ki, körpünün yamacı bizim sexin 4 metrliyindən keçirki 2 metr hündürlükdədir, belə olanda sexə nəinki yük avtomobilləri, heç kiçik maşınlarda gələ bilməyəcək. 2 metr hündür olan körpünün yamacında yerləşən sexdə işləmək özü çox təhlükəlidir.Hər an nəqliyyat hadisəsi baş verə bilər ki, buna görə kiminsə həyatını sığortalamaq mümkün deyil. Bunun əlacı isə düzgün kompensasiyamızı versinlər ki, seximizi həm bir neçə metr arxaya çəkib həm də yamacla sexin yolunun arasında olan hündürlüyü eyniləşdirib əvvəlki kimi sahibkarlıq fəaliyyətimizi bərpa edə bilək. "Azəryolservis" ASC isə bizə hədə qorxu gəlir, mülkiyyətimizi əlimizdən tamam almaq istəyir.Baxmayaraq ki, yol tikintisi zamanı vətəndaşlara dəymiş zərərin əvəzinin tam ödənilməsinə cənab Prezident tapşırıqlar verib. Ancaq bunlar isə vətəndaşları aldadıb pullarını mənimsəyib çörəksiz qoyurlar. 8 nəfərlik ailəmizin yeganə dolanışıq iş yeri bu sexdir ki, indi qanunları tanımayan vəzifəli şəxslərin saxtakarlığına görə işsiz, çörəksiz qalmışıq. Bir ailə başçısı, ana kimi Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan kömək istəyirəm.Sizdən xahiş edirəm bizim mülkiyyətimizi əlimizdən almaq istəyən, bizim ailəni işsiz, çörəksiz qoyan və qanunu kompensasiyamızı mənimsəyən "Azəryolservis" ASC-nin məsul vəzifəli şəxsləri barədə tədbir görəsiniz.Onların milyonları var toxdular biz isə acından ölmək təhlükəsi ilə üz-üzə qalmışıq.Xahiş edirik bizə kömək edin".
BOLGEXEBER.COM
"Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR
"Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR
"Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR
"Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR
"Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR
"Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR
"Azəryolservis"in özbaşınalığından ziyan çəkən Ucar sakini imdad diləyir-FOTOLAR