BolgeXeber.Com » Ölkə » Şirəliyevin “qaynar xətt”i donub, sözçüsü isə....

Şirəliyevin “qaynar xətt”i donub, sözçüsü isə....

2-06-2015, 10:29
Oxunub: 3 452 Şirəliyevin “qaynar xətt”i donub, sözçüsü isə....Səhiyyə Nazirliyinin “qaynar xətt”i donub. Qışın sazağında, yayır qızmarında nazirliyin vətəndaşlar üçün ən əhəmiyyətli şöbəsi iflic olub

BOLGEXEBER.COM bildirir ki,Tia.az-a edilən şikayətlərdə söylənir ki, davamlı olaraq olunan zənglərə ya cavab verilmir, ya da vətəndaşı dinləyib yola verirlər.
Əməkdaşımıza bu haqda söz açan Bakı sakinlərindən biri qeyd edib ki, nazirliyin “qaynar xətt”inə ümid olan gərək canını tapşırsın.
Redaksiyamızdan da bu istiqamətdə dəfələrlə cəhdlər etdik və şikayətçinin dediklərini təsdiqini tapdı. Yəni zənglərə cavab verən olmadı.
Oqtay Şirəliyevin naziri olduğu səhiyyə sisteminin acınacaqlı vəziyyətə düşdüyünü deyən şikayətçi bildirir ki, “qaynar xətt” işlək deyilsə, nazirliyin digər şöbələri barəsində danışmağa dəyməz.
Çünki ən operativ xidmət məhz bu şöbədir və vətəndaşların korrupsiya, süründürməçilik, həkim səhlənkarlığı, özbaşınalıq, klinikalarda dərəbəylik və s. neqativ hallar barədə mütəmadi “qaynar xətt”ə zəngləri olur.
Onu da deyək ki, nazirliyin mətbuat katibi Anar Qədirlinin vəzifədən azad olunub, öz yerini jurnalist Liya Bayramovaya təhvil verməsindən bir aya yaxın vaxt ötüb. Eynilə sələfi kimi, Bayramovanın da fəaliyyətində hər hansı aktivlik müşahidə olunmur.
A.Qədirli, uzun illər nazirlikdə yüksək post tutan havadarının sayəsində passiv fəaliyyətinə rəğmən öz postunu qoruya bilsə də, sona qədər buna nail olmayıb.
Dəfələrlə onun istefası ilə bağlı xəbərlər medianın gündəminə gəlsə də, nəhayət bir ay öncə öz təsdiqini tapıb.
Onun yerinə isə uzun müddət yazılı mətbuatda, xüsusən müxalif qəzetlərdə çalışan Liya Bayramova təyinat alıb.
Son təyinata qədər “Zerkalo” qəzetində şöbə müdiri işləyən L. Bayramova mətbuat katibi təyin olunandan medianın önünə çıxmayıb.
Editor.az-ın yazdığına görə, çoxları onun görəcəyi işlər, planlarla bağlı mətbuat konfransı keçirəcəyini, jurnalistlərlə görüşlər təşkil edəcəyini, nazirliyin ictimai nüfuzunun artırılması istiqamətində ciddi işlərə başlayacağını gözləsə də, bu baş vermədi.
“Liya Bayramova Səhiyyə Nazirliyinin mətbuat katibi təyin olundu” xəbərindən bu yana onun mətbuatda hər hansı açıqlamasına ümumiyyətlə rast gəlinməyib.
L.Bayramovanın digər nazirliklərdəki həmkarları Müşviq Əmirov, Sadiq Gözəlov, İradə İbrahimova kimi, ictimaiyyətə açıq mətbuat katibi olacağını və nəhayət Səhiyyə Nazirliyinin də bu siyahıda yer alacağını düşünənlər, bu dəfə də yanıldılar.
Bəziləri mətbuat katibinin eynən sələfi kimi, passiv fəaliyyətini Səhiyyə Nazirliyinin yürütdüyü siyasətlə əlaqələndirsələr də, əks qənaətdə olanlar, ümumiyyətlə bu nazirliyinin mətbuat katibi təyinatında bəxtinin gətirmədiyini iddia edənlər də var.
BOLGEXEBER.COM