BolgeXeber.Com » BÖLGƏ TV » Sən demə Azərbaycanda da Qəddafi var imiş

Sən demə Azərbaycanda da Qəddafi var imiş

23-01-2012, 17:35
Oxunub: 4 810 Azərbaycanlı ailə öz oğlanlarına Qəddafi adı qoyub.

Məşhur insanların adlarına cəmiyyətdə böyük maraq olub. Bir çox hallarda valideynlər yeni doğulan övladlarına məşhur siyasi liderlərin, müğənnilərin, aktyorların, nağıl, dastan, teleserial qəhrəmanlarının adlarını veriblər. İraqın keçmiş lideri Səddam Hüseynin məşhur vaxtlarında nəinki ərəb ölkələrində, hətta çox-çox uzaqda yerləşən Azərbaycanda da uşaqlarına Səddam adı qoyanlar vardı.

Səndemə Bakıda Qəddafi adlı uşaq da yaşayırmış. Həm də o, başqa millətdən deyil, azərbaycanlıdır. Doğum haqqında şəhadətnaməsinə də belə yazılıb: Hüseynov Qəddafi.
Əməkdaşımızın məlumatına görə, 9 yaşlı Qəddafi Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli orta məktəbdə oxuyur. Qəddafi Hüseynov 73 nömrəli məktəbin 4-cü sinfində təhsil alır.
Balaca Qəddafinin özü adının mənasını, mənşəyini bilmir. Deyir ki, valideynləri ona Qəddafi adı qoyublar.

Qəddafinin valideynləri siyasi prosesləri izləməyən sadə adamlardır. Onların sözlərinə görə, bu adı 9 il öncə telekanalların birindən eşidiblər. Həmin vaxt kanallardan biri Liviyanın məşhur eks-lideri Müəmmər Qəddafinin hansısa ölkəyə səfərindən reportaj verirmiş. Ad valideynlərin xoşuna gəldiyindən o ərəfədə ailədə doğulan oğlan uşağına Qəddafi adını verməyi qərara alıblar. Elə şəhadətnaməsinə də beləcə yazdırıblar.