BolgeXeber.Com » Ölkə » Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO

2-06-2015, 14:10
Oxunub: 5 448 Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Horadiz şəhəri, 2 №-li körpələr evi-uşaq bağçasında “Bir balaca dünyam var” adlı bayram şənliyi keçirilib

Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə lazımi şərait yaradılmış, çoxsaylı uşaq sağlamlıq mərkəzləri, uşaq bağçaları, müasir tipli məktəblər və istirahət guşələri fəaliyyətə başlamış, uşaq hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması üçün lazımi hüquqi baza yaradılmışdır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin balaca sakinlərinə, eləcədə yeniyetmə və gənclərinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə uşaq və yeniyetmələrin hərtərəfli inkişafı üçün məqsədyönlü tədbirlər görülmüşdür. Bu fikirlər 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti Horadiz şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş 2 №-li körpələr evi-uşaq bağçasında keçirilən “Bir balaca dünyam var” adlı tədbir-bayram şənliyində bildirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, uşaqlar, müəllimlər və valideynlər iştirak etmişdir.
Alı Alıyev uşaqları 1 uyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə uşaq hüquqları ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışmış, Prezident cənab İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğısından bəhs etmişdir.
Bildirmişdir ki, humanizm və nəciblik kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri danılmazdır.
Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısını əhalimiz daim hiss edir.
Son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunda 240 şagird yerlik tam orta məktəb, Tarix Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilmişdir.
Heydər Əliyev Fondu füzulili körpələri də yadından çıxarmamışdır. Hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində ən müasir standartlara cavab verən iki mərtəbəli 100 çarpayılıq uşaq bağçası azyaşıların istifadəsindədir. Fondun maliyyə dəstəyi ilə Bala Bəhmənli kəndində tikilən 60 çarpayılıq uşaq baxçasının inşası yaxın günlərdə başa çatacaqdır. Əhmədbəyli kəndində isə 35 çarpayılıq körpələr evi-uşaq bağçasının tikintisi davam edir.
Sonra bağçada uşaqların hazırladıqları “Bir balaca dünyam var” adlı şənlik olmuşdur. Bayram şənliyində uşaqların hazırladıqları rəqslər, şeirlər, şən və yumoristik səhnəciklərə tamaşa edilmişdir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Füzulidə qeyd olundu-FOTO